Bu gün saat 11:00-da Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində mənzillərin təkrar güzəştlə satışına başlanılsa da, proses baş tutmayıb.
ONN media xəbər verir ki, satışın həyata keçirilməsi üçün "Elektron hökumət” portalında (e-gov.az) yaradılmış “Güzəştli mənzil” sisteminə qısa müddət ərzində giriş çox olduğundan bu dəfə də sistem çöküb.
Məsələ ilə bağlı MİDA vətəndaşlara müraciət edərək mənzil seçimi prosesinin hazırda dayandırıldığını və saat 15:00-dan etibarən yenidən aktivləşəcəyini bildirib.
Qeyd edək ki, ilk dəfə Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən mayda Yasamal Yaşayış Kompleksində sosial mənzillərin satışı təşkil edilsə də, sonradan proses dayandırılıb və nəticələr ləğv edilib. Mənzillərin təkrar satışı bu gün saat 11-dən etibarən başlanılacaqdı.
Bir otaqlıların qiyməti 29 min 925 manatdan, iki otaqlı mənzillərin qiyməti 47 min 282 manatdan, üç otaqlı mənzillərin qiyməti isə 65 min 626 manatdan başlayır. Mənzillərin satış qiymətinə əlavə dəyər vergisi daxildir.



Evi olmayanların NƏZƏRİNƏ – Güzəştli mənzillərin satışı başladı
Sosial mənzil sahibi olanların DİQQƏTİNƏ
MİDA mənzil satışını dayandırdı- SƏBƏB İSƏ...
Güzəştli mənzil satışı tamamlandı
Güzəştli şərtlərlə mənzil almaq istəyənlərin NƏZƏRİNƏ
Bugünkü mənzil satışı ilə bağlı statistika açıqlandı
Güzəştli evlərlə bağlı son nəticə
Mənzil almaq istəyənlərin NƏZƏRİNƏ
Gözlənilən gün gəldi- Mənzil almaq istəyənlərə şad xəbər
DİQQƏT- Güzəştli mənzillərlə bağlı xəbər var
Sabahdan "güzəştli mənzil"lərin satışına başlanılır
Növbəti güzəştli mənzil satışının TARİXİ AÇIQLANDI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 