Azərbaycan Prezidenti İlham Əliyev mayın 29-da alternativ investisiyaların idarə edilməsi üzrə Avropanın ən böyük və nüfuzlu investisiya şirkətlərindən biri olan “CVC Capital Partners” şirkətinin həmtəsisçisi və sədri Rolli Van Rappardı qəbul edib.
ONN media xəbər verir ki, Azərbaycanda davamlı inkişaf proseslərinin getdiyini vurğulayan Rolli Van Rappard ölkənin bir çox sahədə əldə etdiyi nailiyyətlərin çox təqdirəlayiq olduğunu bildirdi. Qonaq “CVC Capital Partners” şirkətinin Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə uğurlu əməkdaşlıq etməsindən böyük məmnunluq hissi duyduğunu deyərək, gələcəkdə əməkdaşlığın daha da möhkəmlənəcəyinə inamını ifadə etdi.
Prezident İlham Əliyev dünyanın qabaqcıl maliyyə qurumları ilə əməkdaşlıq edən Azərbaycan Respublikası Dövlət Neft Fondunun “CVC Capital Partners” şirkəti ilə uğurlu tərəfdaşlığını müsbət qiymətləndirərək mövcud münasibətlərin daha da gücləndirilməsi üçün əlverişli mühitin olduğunu bildirdi. Dövlət Neft Fondunun fəaliyyətinin daim genişləndiyini deyən dövlətimizin başçısı qeyri-sabit maliyyə bazarları mühitində də Fondun aktivlərinin artdığını vurğuladı.
Qeyd edək ki, 1981-ci ildə təsis olunmuş “CVC Capital Partners” şirkətinin özəl səhmlər, özəl kredit, infrastruktur və digər fondlarında idarə etdiyi aktivlərin toplam dəyəri 187 milyard avrodur. Dünyanın müxtəlif şəhərlərində 40 ofisi və 850-dən çox əməkdaşı olan şirkətin mərkəzi ofisi Lüksemburqda yerləşir.



İlham Əliyev Lorenzo Simonelli ilə görüşdü
Prezident SOCAR-ın vitse-prezidentlərini vəzifədən azad etdi
İlham Əliyev Rusiyanın Jurnalistlər İttifaqının sədrini qəbul edib
Prezident Bayraqdarı qəbul etdi
Prezident Leo Dokertini qəbul etdi
İlham Əliyev “CISCO” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
İlham Əliyev “Lazard Freres” şirkətinin baş icraçı direktoru ilə görüşüb
İlham Əliyev Mirziyayevlə görüşdü
Prezident BƏƏ nazirini qəbul etdi - YENİLƏNDİ
Prezident Mikayıl Cabbarova daha bir VƏZİFƏ VERDİ
İlham Əliyev Özbəkistanın baş nazirini qəbul etdi
İlham Əliyev BP qrupunun baş icraçı direktorunu qəbul etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 