ONN media xəbər verir ki, AMEA Mərkəzi Elmi Kitabxanasının dairəvi zalında "Qədim Türk yurdu NAXÇIVAN" kitabının təqdimat mərasimi olmuşdur.
Kitabda Azərbaycanın ayrılmaz parçası olan Naxçıvanın qədım tarixinə üz tutaraq, tarixin müəyyən zaman kəsimində baş vermiş olayları yada salınir, real faktları araşdırır, yeni fikirlər söyləməyə çalışılır.
Naxçıvanın yaşı min illəri arxada qoyan tarixi abidələrini öyrənməklə əsrlərin o tayından bu günümüzə boylanan gerçəklikləri bir daha ictimaiyyətin diqqətinə çatdırmağı vətəndaşlıq borcu olduğunu bildirilir. Eyni zamanda müəllif naxçıvanlıların müxtəlif dövrlərdə üzləşdikləri tarixi ədalətsizlikləri açıb göstərir, bu torpaqda tarixən məskunlaşan camaatımız haqqında müstəqil duyğular yazılıb. Kitabda erməni məsələsinə geniş yer verilmişdir.
Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət dəstəyi şurasının maliyyə yardımı, “Araz” Ziyalılar İctimai Birliyinin “Naxçıvanda erməni cinayətlərinin izi və iddiaları” adlı layihəsi əsasında, oxuculara təqdim olunan bu kitab tarixi, elmi-kütləvi, ədəbi-bədii əsərdir.
Kitabın elmi redaktoru tarix elmləri doktoru Eynulla Mədətli nəşrin elmi əhəmiyyəti haqqında dinləyicilərə geniş məlumat vermişdir. İştirakçılardan fil.e.doktoru. prof. Əlizadə Əsgərli, fil.e.doktoru. prof. Allahverdi Məmmədli, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat e.doktoru. prof. Əyyub Quliyev, Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Mirzə Ənsərli, kitaba rəy verən tarix ü.f. doktoru Kamran İsmayılov, fil.ü.fəlsəfə doktoru, şair Adilə Nəzər, yazıçı Səfər Alışarlı, tarix elmləri doktoru Rüfət Quliyev, kömrük məsələri üzrə Azərbaycanda ilk fəlsəfə doktoru Cabir Həsənov, Azərbaycan Radiosunda şöbə müdirinin müavini Kamil Məhərrəmoğlu, , fil.elmləri doktoru Yaşar Qasımbəyli, fəlsəfə elmləri doktoru Rəfayel Əhmədli, fil.ü.f.doktoru Aynur Cəlilova, Folklor İnstitutunun əməkdaşı Vəfa Saleh, fil.ü.f.doktoru Oruc Əliyev və başqaları çıxış edərək kitabın elmi-tarixi əhəmiyyətindən danışıb müəllifə daha böyük uğurlar arzuladılar.
Tədbirin sonunda Layihənin rəhbəri və kitabın müəllifi kimi Nizami Muradoğlu iştirakçılara minnətdarlığını bildirdi.






DƏRƏŞAM: OGUZ-TÜRK MƏZARLIĞI – KİTABI ÇAPDAN ÇIXDI
9 FEVRAL NAXÇIVAN MUXTAR RESPUBLİKASININ YARANMA GÜNÜDÜR
Keşiş Vartanın uydurduğu "erməni Naxçıvanı" mifini tarmar edən əsər
""Zəngəzur" toponiminin qədim etnogenez tarixi" - Turan Araşdırma Mərkəzi layihəsinin icrasına başlayır
“Naxçıvan toponiminin etnotarixi əfsanələr qədər qədimdir” kitabı üç dildə çapdan çıxıb
Zəngəzuru unutmayaq!
Görkəmli alim Vəli Əliyev dünyasını dəyişib
"Zəngəzur" toponiminin qədim etnogenez tarixi - kitabının təqdimatı olub - Xəzər Universitetində
“Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları” yeni nəşrdə
"Zəngəzur" toponiminin qədim etnogenez tarixi - ADPU-da
Erməni yalanının ifşası Pakistan mətbuatında davam edir
"Zəngəzur" toponiminin qədim etnogenez tarixi" layihəsi AMEA-da
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 