Erməni diasporu bu dəfə Dağlıq Qarabağla bağlı saxta tarixin təbliğatı üçün məşhur aktyorların adından istifadə etmək qərarına gəlib. ONN media xəbər verir ki, erməni rejissor Robert Defin “Valter” adlı filmi Rusiya Federasiyası Mədəniyyət Nazirliyinə təqdim edilib. Filmdə əsas rolu “Taksi” filminin ulduzu Sami Naserinin kiçik qardaşı – Bibi Naseri ifa edəcək. Erməni mətbuatının məlumatına görə, “13-cü rayon” filmində əsas rolu ifadə edən Naseri artıq sözügedən filmin çəkilişlərində iştiraka razılıq verib. Filmin müəllifləri belə deyirlər: “Valter” filmindəki hadisələr ötən əsrin 90-cı illərində cərəyan edir. Filmin baş qəhrəmanı Moskvada tikintidə çalışır. Faciəli hadisələr onu vətəninə qayıtmağa vadar edir. O, anasını xilas və ya dəfn etmək üçün Dağlıq Qarabağa qayıdır. Hava limanında Valteri ölən dostunun oğlu (bu obrazın anası və nənəsi də itkin düşüb) qarşılayır, onlar yaxınlarının axtarışı yolunda mərhələləri birlikdə keçirlər. Hadisələr Qarabağ münaqişəsi fonunda inkişaf edir. Valter – mavigözlü, sarışın ermənidir. Sovet İttifaqı dönəmində Dağlıq Qarabağda çoxlu hərbi hissələr yerləşib. Bu hərbi hissələrdəki ruslarla qan qarışması nəticəsində bir çox sarışın qarabağlı meydana gəlib”. Süjetdən göründüyü kimi, film antiazərbaycan psixoloji təsir aləti xarakteri daşıyacaq. Dağlıq Qarabağ – ermənilərin vətənidir, azərbaycanlılar isə - qatillərdir. Həqiqət tamamilə təhrif olunub. Avropa və ya Amerikada filmə baxan şəxslər erməni rejissorun saxtalaşdırdığı hadisələri aydınlaşdırmaq üçün özünə əziyyət verməyəcək. İzləyici üçün faciə yetərlidir. Hətta sənədlərə əsaslanmayan adi filmlərin belə izləyicilərin hər hansı obraza dərin nifrətinə səbəb olmasına dair nümunələr heç də az deyil. Hazırda sözügedən film Rusiyanın Mədəniyyət Nazirliyində təsdiqlənmə mərhələsindədir və Azərbaycan XİN, səfirlik və Azərbaycan diasporunun bununla bağlı etiraz üçün hələ zamanı var. axar.az
Ermənilərin Qarabağ filmi



Bakıdan erməni filminə etiraz
"Bir topa adam" filmi təqdim edildi
Şəhid generalın xatirəsinə FİLM ÇƏKİLİR
Ermənilər “Aprel döyüşləri”ndən film çəkdilər - VİDEO
Moskvada erməni fitnəkarlığının qarşısı alındı
Moskvada "Şuşa, sən azadsan!" filmi nümayiş etdiriləcək
“Çölçü” filmi yenidən mükafata layiq görüldü
Şahzadə Diana Kevin Kostnerlə filmində çəkilişə razı idi
Azərbaycanlı aktyorların da çəkildiyi Türkiyə filmi təqdim edildi
Şuşa barədə “28” filmi beynəlxalq festivalda
Azərbaycan filmi Sarayevo Film Festivalında qalib oldu
“Bəxt üzüyü 2” filmi ekranlara ÇIXARILIR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 