Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqraba Topluluqları İdarəsi (YTB), Mədəniyyət və Turizm Nazirliyi Sinema Genel Müdürlüyü, TRT, “Anadolu” agentliyi və Boğaziçi Kültür Sanat Vəqfinin təşkilatçılığı ilə ilk dəfə keçirilən Diaspor Beynəlxalq Qısa Film Festivalı başa çatdıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, festivala 120 ölkədən 3 123 film təqdim edilib.
Münsiflər heyəti festivalın final mərhələsinə 24 film seçib. Onların arasında türkdilli filmlər kateqoriyasında azərbaycanlı rejissor Nazim Şərbətovun çəkdiyi qısametrajlı "28” bədii-sənədli filmi də var. Film Niderlandda yaşayan jurnalist Xatirə Sərdarqızının 12 yaşında olarkən birinci Qarabağ müharibəsi zamanı aldığı psixoloji sarsıntıdan, 28 illik həsrətdən sonra işğaldan azad edilən doğma Şuşaya qovuşmasından və öz uşaqlıq illərinə qayıtmasından bəhs edir.
İstanbulun “Atlas” kinoteatrında filmlərin nümayişi zamanı türkiyəli tamaşaçılar "28” filmini maraqla qarşılayıblar. Filmin nümayişindən sonra rejissor Nazim Şərbətov ekran əsərinin qəhrəmanının real həyatda da əslən Şuşadan olduğunu və birinci Qarabağ müharibəsi zamanı 12 yaşında şəhəri tərk etmək məcburiyyətində qaldığını, onun uşaq vaxtı yaşadığı psixoloji sarsıntılara diqqəti cəlb edib.
"Bu hekayədə müharibənin insanlara və uşaqlara yaşatdığı dəhşətli anları, psixoloji sarsıntılara səbəb olduğunu göstərmək istədik. Bundan başqa, məqsədimiz erməni vandallarının işğal zamanı Şuşadakı tarixi-mədəni irsimizi, abidələrimizi tarmar etdiklərini, şəhəri viran qoyduqlarını daha geniş auditoriyanın nəzərinə çatdırmaqdır”, - deyə rejissor əlavə edib.
Qeyd edək ki, “28” filmi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Niderland-Belçika Azərbaycanlılarının Koordinasiya Şurasının təşkilatçılığı ilə hazırlanıb. Növbəti beynəlxalq festivallara təqdim olunması nəzərdə tutulan filmin ssenari müəllifləri – Orxan Bahadırsoy və Xatirə Sərdarqızıdır. Rolları Xatirə Sərdarqızı və Nuray Məmmədzadə canlandırıblar.



İki filmimiz beynəlxalq festivalda mükafat qazandı
İkinci ANİMAFİLM festivalının Uşaq Münsiflər Heyəti tərkibi bəlli oldu
Laçında Turan Film Festivalı keçiriləcək
Türk filmi “Oscar”a namizəd oldu
81-ci Venesiya Film Festivalı başlayır
Arzu Əliyevaya “Şərəf mükafatı” verildi
İkinci ANİMAFİLM festivalına filmlərin və ssenarilərin qəbulu başladı
20 iyul Ramiz Əzizbəylinin doğulduğu gündür
Karantin günlərində ən çox hansı film izlənilib?
Şəhid generalın xatirəsinə FİLM ÇƏKİLİR
Dünya şöhrətli rejissor Bakıda
Bakıda Film Festivalı keçiriləcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 