Paşinyanın Qarabağı Ermənistan hesab etməsi siyasi sərsəmlikdir və hər gün azalan reytinqinin yüksəlməsi üçün daxili auditoriyaya etdiyi populist müraciətdir. ONN media xəbər verir ki, bu sözləri açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib. O, Paşinyanın bu açıqlamasının Ermənistanın işğalçı dövlət olmasını sübut etdiyini söyləyib: “Paşinyan dediyi sözlərə özü belə inanmır. Aprel döyüşlərindən sonra nəinki Qarabağda, hətta Ermənistanda da təhlükəsiz yaşamağın mümkün olmadığını bütün ermənilər dərk edir. Çünki Ermənistan süni dövlət kimi məhz Azərbaycanın tarixi torpaqlarında yaradılıb. O torpaqların isə hər qarışının sahibi var və gec-tez öz torpaqlarımıza qayıdacağıq. Ancaq hazırkı vəziyyətdə bir ölkənin rəsmi baş nazirinin başqa ölkənin torpaqlarını özününkü hesab etməsi və oraya gəlməsi beynəlxalq hüququn pozulması, eyni zamanda, Ermənistanın işğalçı dövlət olmasının sübutudur” . Millət vəkilinin sözlərinə görə, Paşiyanın belə məsuliyyətsiz sözləri və davranışları ATƏT-in Minsk Qrupu və onun həmsədrləri tərəfindən təcili olaraq qınanılmalı və çəkindirici tədbirlərə əl atılmalıdır: “Əks təqdirdə bu cür davranışlar müharibə səbəbidir və Azərbaycan bunu etməyə həm iqtisadi, həm də hərbi-siyasi qüdrəti ilə hazırdır. Ermənilərin heç gözləmədikləri bir vaxtda ildırımsürətli bir həmlə paşinyanların siyasi təlxəkliyinə birdəfəlik son qoya bilər. Ona görə də yaxşı olar ki, həm ATƏT-in Minsk Qrupunun həmsədrləri, həm də Ermənistanda rasional düşünməyi bacaran daxili siyasi aktorlar vəziyyəti düzgün qiymətləndirib, problemin həlli ilə bağlı konkret addımlar atsınlar” .
Bakı müharibəyə hazırlaşır?



"Paşinyanın Qarabağı Ermənistan hesab etməsi siyasi sərsəmlikdir" - Politoloq
Paşinyan üçün yeganə çıxış yolu Azərbaycandır- AÇIQLAMA
Bakı hərbi gücü ilə Paşinyanı buna məcbur etdi - MİLLƏT VƏKİLİ
Qarabağ danışıqları bu halda bərpa edilə bilər
Livanlı ermənilər Şuşaya və digər işğal olunmuş ərazilərə yerləşdirilir
SON DƏQİQƏ: Paşinyanın oğlu Qarabağda döyüşməkdən İMTİNA ETDİ
Azərbaycan MN: Ermənistan müdafiə nazirinin son çıxışları hiyləgər planın bir hissəsidir
Paşinyanın reytinqi açıqlandı – Hər kəs ŞOK İÇƏRİSİNDƏ
Paşinyan ÇARƏSİZ HALDA: qışqırdı, bağırdı, sonra da qaçdı...
Ermənistan münaqişənin sülh yolu ilə həllinə ciddi zərbə vurur - XİN
Paşinyandan xalqa müraciət: Ermənistan Qarabağın əvəzinə...
Pakistandan Paşinyanın ittihamlarına SƏRT CAVAB
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 