Sentyabrda Azərbaycanı rekord sayda — 20.8% daha çox qonaq ziyarət edib. Bu barədə ONN media -ya Dövlət Turizm Agentliyindən məlumat veriblər. Qeyd olunur ki, cari ilin sentyabr ayında ümumilikdə 280 min nəfər Azərbaycan sərhədlərini keçib ki, bu da 2018-ci ilin sentyabr ayına nisbətən 48 min və ya 20.8% çox xarici vətəndaş deməkdir. Ən yüksək artım İran və Mərkəzi Asiya ölkələrindən qeydə alınıb. İran üzrə artım 33 minlə iki dəfə, Mərkəzi Asiya ölkələri üzrə isə 88% qeydə alınıb. Gələn əcnəbilərin 6.7 min və ya 13% çoxu Gürcüstanın, 5.3 min və ya 8% çoxu Rusiyanın payına düşür. Mərkəzi Asiya ölkələrindən gələn səyahətçilər arasında Türkmənistandan gələn qonaqların sayı rekord dərəcədə artıb ki, bu da ötən il ilə müqayisədə 231.8% artım deməkdir. Cənubi Asiya ölkələri arasında Hindistandan (83.7% və ya 3 min), Yaxın Şərq ölkələri arasında isə Səudiyyə Ərəbistanından (96.1% və ya 3.8 min) gələn qonaqlar arasında kəskin artım müşahidə olunur. 2019-cu ilin yanvar-sentyabr dövründə Azərbaycana gələn xarici qonaqların sayı keçən ilin eyni dövrü ilə müqayisədə 9.6% artaraq 2.4 milyona çatıb. Sentyabrda olduğu kimi yanvar-sentyabr dövründə də gələnlərin əksəriyyətini (1.26 milyon və ya 52%) Rusiya və Gürcüstan vətəndaşları təşkil edib. Sonuncu üzrə artım 94.5 min və ya 21.7% olub.
Ötən ay Azərbaycana ən çox bu ölkələrdən qonaq gəlib



Azərbaycana Səudiyyə Ərəbistanından gələnlərin sayı rekord vurdu
Azərbaycana ən çox bu ölkələrdən turist gəlir
Apreldə Azərbaycana gələn əcnəbilərin sayı 9 faiz artıb
Azərbaycana Yaxın Şərq və İrandan gələnlərin sayı azalıb
Azərbaycan 3 milyonuncu qonağını gözləyir
Bu il Azərbaycana gələn xarici vətəndaşların sayı 11,1 faiz artıb
Azərbaycana gələn əcnəbilərin sayı açıqlandı
Avropadan Azərbaycana gələn turistlərin sayı artıb: Səbəb nədir?
Ərəblər Azərbaycandan "küsüb"- SƏBƏB?
Ötən ay Azərbaycana 185 mindən çox turist gəlib
Ölkəmizə gələn turistlərin sayı artıb
Bu il Azərbaycana 2,2 milyon əcnəbi gəlib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 