ONN media xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutunda müəllifləri tanınmış Bektaşilər nəslindən olan, kimya elmləri doktoru Fikrət Bektaşi və pedaqoq Etimad Bektaşinin müəllifləri olan “Keçmişdən günümüzə Naxçıvan Bektaşiləri” kitabının təqdimat mərasimi keçirilib.
Təqdimatda tanınmış alim və mütəxəssislərin, Bektaşilər nəslinin nümayəndələri iştirak edib. Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Eynulla Mədətli 700 il əvvəl yaranmış Bektaşilik təriqətinin türkçülüyə və İslam mədəniyyətinə mühüm töhfələr verdiyini söyləyib. Qeyd edilib ki, bəşəri keyfiyyətlərə malik olan bektaşilik tarixən elmə, təhsilə, mədəniyyətə, qadın və kişi bərabərliyinə, əxlaqi dəyərlərə önəm verib, ayrı-seçkiliyə qarşı kəskin mübarizə aparıb.
E.Mədətli Bektaşilərin hər zaman Azərbaycan dövlətçiliyinə sadiq olduqlarını diqqətə çatdırıb.
Son illərdə AMEA-nın Fəlsəfə, Tarix və Şərqşünaslıq institutlarında Bektaşilik təriqəti ilə bağlı önəmli tədqiqatlar aparıldığını deyən alim bildirib ki, təqdim edilən nəşrdə Bektaşi nəslinin tarixi haqqında qiymətli materiallar yer alıb.
Kitabın müəlliflərindən Etimad Bektaşi deyib ki, tarixi araşdırmalar, arxiv materialları əsasında yazılmış kitab Bektaşilər nəslindən, Bektaşilik fəlsəfəsindən bəhs edir. Nəşrin yeni tədqiqatlar üçün əhəmiyyətli mənbə olduğunu deyən E.Bektaşi vurğulayıb ki, Bektaşilik soy xarakteri daşımaqla yanaşı, həm də Naxçıvanın sosial, siyasi, elm, təhsil və mədəniyyətində önəmli rol oynayıb.
O, kitabın əsas qayəsinin Bektaşilər nəslinin Vətənə, millətə göstərdiyi xidmətləri, yaşam fəlsəfəsini, insani dəyərləri oxuculara çatdırmaq olduğunu deyib.
E.Bektaşi, həmçinin nəşrdə Hacı Bektaş Vəlinin ruh saflığının, düşüncə tərzinin, haqq uğrunda mübarizəsinin, eləcə də nəslin digər nümayəndələrinin maarifçiliyinin, humanizminin əksini tapdığını vurğulayıb.
AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Tahirə Məmməd, Əməkdar artist, aktyor Elxan Qasımov, Klinik Tibb Mərkəzinin şöbə müdiri Sevinc Bektaşi və digər çıxış edənlər də Bektaşilik təriqətinin yüksək insani keyfiyyətləri barədə fikirlərini bölüşüb, təqdimatı keçirilən “Keçmişdən günümüzə Naxçıvan Bektaşiləri” kitabının əhəmiyyətini vurğulayıblar.
Kitabın elmi redaktoru və “Ön söz”ün müəllifi İnci Qədirzadə, rəyçiləri AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadə və pedaqoji elmlər doktoru, professor Rüfət Hüseynzadədir.



“Keçmişdən günümüzə Naxçıvan Bektaşiləri” kitabının təqdimat mərasimi keçirilib
Bu institutlara yeni təyinatlar olub
AMEA-da YENİ TƏYİNATLAR
AMEA-da bəzi kadr təyinatları oldu
"Gənc qadınlar elmdə" müsabiqəsinin nəticələri açıqlanıb
AMEA-da iki vacib təyinat
AMEA-nın şöbə müdiri vəfat etdi
"Qədim Türk yurdu NAXÇIVAN"
Dadaş Hüseynova yüksək vəzifə verildi
Ramiz Mehdiyev mühüm SƏRƏNCAM İMZALADI - Yeni komissiya yaradıldı
Elm Tarixi İnstitutu "Bakı Dövlət Universitetinin tarixi" kitabının təqdimatını keçirib
MEK yanvar ayı ərzində daxil olan sənədlərin təqdimatını keçirdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 