ONN media -ya Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, Birləşmiş Krallığa səfəri çərçivəsində nazir Əbülfəs Qarayev Koventri Universitetini də ziyarət etmişdir. Universitetin Sülh, Etimad və Sosial Münasibətlər Mərkəzində qurumun icraçı direktoru Professor Mayk Hardi ilə görüşən nazir “Bakı Prosesi” çərçivəsində həyata keçirilən layihələr və qarşıdan gələn 5-ci Ümudünya Mədəniyyətlərarası Dialoq Forumunun proqram və müzakirə konsepsiyası ətrafında fikir mübadiləsi apardı. Nazir professor Hardiyə son 6 ildə “Bakı Prosesi”nin inkişafında akademik səviyyədə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirdi və Mərkəzin dünya miqyasında dialoq və anlaşma yollarını araşdırmaqda mühüm rolunu yüksək qiymətləndirdiyini vurğuladı. Daha sonra nazir Universitetin İncəsənət və Humanitar Elmlər Fakültəsini ziyarət etdi. Fakültənin rəhbər heyəti ilə görüşən nazir teatr, musiqi və digər incəsənət sahələri ilə yanaşı əsasən yaradıcı sənayelərin inkişafı ilə bağlı sahələrdə təhsil məsələləri ilə maraqlandığını qeyd etdi. Universitet nümayəndələri bildirdilər ki, hazırda bu təhsil müəssisəsində dizayn, moda, mədəniyyət menecmentliyi ilə bağlı təhsil proqramları mövcuddur və həmin sahənin tələbələri təhsil prosesi ilə yanaşı şəhərin inkişaf, müxtəlif şirkətlərin layihələrini də icra edirlər. Koventri şəhərinin Boyük Britaniyanın 2020-2021-ci illər üçün mədəniyyət şəhəri seçilməsi və bu istiqamətdə keçirilən tədbirlərin təşkilində şəhər şurası, universitet və özəl sektor arasında birgə tərəfdaşlıq mövcuddur və tələbələr bu prosesdə olduqca aktiv iştirak edirlər. Hətta, “Land Rover” və “Yaguar” kimi avtomobil şirkətləri öz dizayn proseslərinə universitetin tələbələrini cəlb edirlər. Görüşün sonunda birgə əməkdaşlıq üçün qısammüddətli proqramın hazırlanması qərar alındı. Eyni gündə nazir Əbülfəs Qarayev universitetin fəxri doktoru və ziyarətçi professoru kimi, həmçinin YUNESKO-nun Ümumdünya İrs Komitəsinin sədri qismində tələbələr qarşısında “Dəyişikliklər və münaqişə dövründə mədəniyyəti qoruyaq: İnsan təhlükəsizliyi üçün mədəniyyət və irsin dəyərləri və ənənələrinin əhəmiyyəti” mövzusunda mühazirə ilə çıxış etməyə dəvət olundu. Nazir çıxışı zamanı müasir dövrdə mədəni proseslər, münaqişə və müharibələrin mədəni irsə təsirləri, xüsusilə Qarabağ münaqişəsi zamanı Azərbaycan mədəniyyətinə və irsinə dəymiş ziyan, YUNESKO-nun bu istiqamətlərdə fəaliyyəti, Dünya İrs Komitəsinin Bakıda keçiriləcək sessiyası, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin irəli sürdüyü “Bakı Prosesi” təşəbbüsü və bu çərçivədə həyata keçirilmiş layihə və beynəlxalq tədbirlər, mədəniyyətlərarası dialoqun insan təhlükəsizliyi amili ilə bağlılığı kimi mövzulara toxundu. Mühazirə nazir ilə tələbələr arasında sual-cavab formasında müzakirələrlə davam etdi.
Nazir Koventri Universitetində tələbələr qarşısında mühazirə ilə çıxış edib



Nazir BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai ilə görüşüb
Əbülfəs Qarayev Böyük Britaniyada səfərdədir
Əbülfəs Qarayev UNESKO-nun baş direktoru ilə görüşdü
Əbülfəs Qarayev Səudiyyə Ərəbistanı Krallığı və Gürcüstanın ölkəmizdəki səfirlərini qəbul etdi
Mədəniyyət naziri italiyalı kinematoqrafçıları qəbul edib
Nazir Fuad Məmmədovla görüşdü
Nazir Misir Ərəb Respublikası və Braziliya Federativ Respublikasının ölkəmizdəki səfirlərini qəbul etdi
Nazir Əbülfəs Qarayev Mərakeşdə səfərdədir
Məmmədyarov İƏT-in Baş katibi ilə görüşdü
Ceyhun Bayramov AQEM Katibliyinin icraçı direktoru ilə görüşdü
Əbülfəs Qarayev Braziliyanın və Misirin ölkəmizdəki səfirlərini qəbul etdi
Ceyhun Bayramov İmran Xanla görüşdü
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik 