Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Eazi Start” Startap və İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə “AgroHackathon - 2020” müsabiqəsinə start verilib. ONN media -ya Nazirlikdən verilən məlumata görə, tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun binasında keçiriləcək yarışa qatılmaq istəyən komandalar aşağıdakı keçiddə qeydiyyatdan keçməlidirlər. https://docs.google.com/forms/d/e/1FAIpQLScBowsXKvMik5LNkasKC3YtfwyPZKxbof_ljfVJO4cqsD8J_w/viewform 29 fevral – 2 mart 2020-ci il tarixlərində keçiriləcək yarışmada komandalar 2020 dəqiqə müddətində verilən texniki tapşırıq əsasında işləyərək öz güclərini sınayacaqlar. “AgroHackathon - 2020” müsabiqəsi üzrə I, II və III yerləri tutan komandalar pul mükafatı və digər qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar. Müsabiqənin təşkilat komitəsinin həmsədri, Aqrar Elm və İnnovasiya Mərkəzinin direktor müavini Əkbər Abbasovun sözlərinə görə yarış zamanı həm komandalar, həm də onların azarkeşləri üçün xüsusi yerlər ayrılacaq, onlar yerli istehsal olan ekoloji təmiz qida və şirələrlə təmin olunacaqlar. “AgroHackathon - 2020” yarışması ilə bağlı daha ətraflı məlumatlar yaxın günlərdə veriləcək. Müsabiqə ilə bağlı bir sıra aparıcı ali təhsil müəssisələrində görüşlərin keçirilməsi nəzərdə tutulub.
“AgroHackathon - 2020” müsabiqəsi başladı



Aqrar Elm və İnnovasiya Mərkəzində Gənc Alim və Mütəxəssislər Şurasının iclası keçirildi
TƏBİB səhiyyə işçilərini könüllü əməkdaşlığa dəvət edir
“AgTech and Green Energy” Beynəlxalq Forumu keçiriləcək
Xəstəliklər bu yolla müəyyən ediləcək — YENİLİK
Şəki sakinlərinin DİQQƏTİNƏ
Bu dövlət qurumlarının əməkdaşları 1 aylıq məzuniyyətə göndərildi – SİYAHI
Böyük günə SON 5 GÜN
Paytaxtda “Kənddən şəhərə” yarmarkası təşkil ediləcək
Azərbaycanda yeni yemiş sortları yaradıldı
Kənd Təsərrüfatı Nazirliyi aqrar sahədə startaplara dəstək verəcək
Azərbaycanda ilk dəfə qarğıdalı sahələri dronlar vasitəsilə dərmanlandı
AMEA-da elektron kənd təsərrüfatı mövzusunda iclas keçirildi
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 