Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında əldə olunmuş razılığa əsasən və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın 31 mart tarixli qərarına uyğun olaraq aprel ayının 4-də saat 11:00-dan başlamaqla “Samur” dövlət sərhədindən buraxılış məntəqəsində Rusiyadan ölkə ərazisinə gələn Azərbaycan Respublikası vətəndaşlarının qəbulu, ölkə ərazisinə buraxılmaları, ilkin müayinə olunmaları və karantin rejimində təcrid edilmələri üzrə tədbirlər həyata keçirilib. ONN media-ya Dövlət Sərhəd Xidmətindən (DSX) verilən məlumata görə, ölkəyə daxil olan şəxsləri qarşılayan Azərbaycan sərhədçiləri tərəfindən sərhəd və gömrük nəzarətindən sonra “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) ilə qarşılıqlı əlaqədə onların zəruri karantin rejimi tədbirlərinə cəlb olunmaları təşkil edilmişdir. Dövlət sərhədini keçdikdən sonra vətəndaşların hər birinə xüsusi qoruyucu maskalar və digər təhlükəsizlik vasitələri verilir, onlar Azərbaycanda elan olunmuş xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq sərhədyanı rayonların ərazisində bu məqsədlər üçün ayrılmış mərkəzlərdə müəyyən olunmuş müddətlərdə karantin rejiminə yerləşdirilirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev 4 aprel tarixində “Samur” dövlət sərhədindən buraxılış məntəqəsində olub və Rusiya Federasiyasından gələcək vətəndaşların qarşılanması və sanitar-karantin tədbirlərinə cəlb olunması üzrə hazırlıq vəziyyətini yoxlayıb. Dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi və sağlamlıqlarının qorunması üçün görülmüş işlər nəzərdən keçirilib, zəruri tapşırıq və göstərişlər verilib. Karantində saxlanılacaq şəxslərin qalması üçün ayrılmış yerlərə və yaradılmış şəraitə, həmin şəxslərin daşınması üçün nəzərdə tutulmuş nəqliyyat vasitələrinə baxış keçirilib. Dövlət sərhədindən ölkə ərazisinə buraxılan vətəndaşlarla görüş keçirilmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında koronavirus infeksiyasına qarşı mübarizə çərçivəsində görülən işlər haqqında onlara geniş məlumat verilib xahiş və müraciətləri dinlənilib. Söhbət zamanı vətəndaşlar Azərbaycan Respublikasının və Rusiya Federasiyasının dövlət sərhədlərindən gediş-gəlişin tam məhdudlaşdırıldığı bir zamanda onların Azərbaycana qayıda bilmələri üçün yaradılmış şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirib, bu halı dövlətin öz vətəndaşına göstərə bildiyi diqqət və qayğının ali nümunəsi olmasını qeyd ediblər.
Elçin Quliyev sərhədə getdi, azərbaycanlılar ölkəyə gətirildi



Elçin Quliyev Azərbaycan-Rusiya sərhədində
Rusiyada yaşayan Azərbaycan vətəndaşlarının NƏZƏRİNƏ
10 minə yaxın Azərbaycan vətəndaşı ölkəyə gətirildi - Operativ Qərargah
Prezidentin köməkçisi sərhəddəki vəziyyətdən danışdı
DTX əməliyyat keçirdi- Saxlanılanlar var
Sabahdan Rusiyadan Azərbaycana gediş- gəlişə qadağa qoyulur
Azərbaycanda karantin rejimi uzadıldı
Azərbaycan İranla sərhəddi gücləndirdi
İran sərhəddində atışma- Yaralanan var
Azərbaycanın dövlət qurumları təcili toplandı - Səbəb?
SON DƏQİQƏ: Azərbaycan-İran sərhədində atışma, ölən var
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 