“Dərslər mayın 5-i açılarsa valideynlərin çoxu övladını məktəbə göndərməyəcək. Hətta bəziləri gedib xəstəxanadan xəstəlik, icazə kağızı alacaqlar”. ONN media xəbər verir ki. bu sözləri Yeniavaz.com-a açıqlamasında təhsil-eksperti Qoşqar Məhərrəmov deyib. Onun sözlərinə görə, xəstəlik tam aradan qalxmasa valideynlərin narahatlığı getməyəcək: “Mənim fikrimcə mayın 5-i dərs başlamaya bilər. Əgər başlasa belə valideynlərin çoxu övladını məktəbə göndərməyəcək. Hətta, bəziləri gedib xəstəxanadan xəstəlik, icazə kağızı alacaqlar. Bu xəstəlik sovuşmadığı təqdirdə narahatlıqlar olacaq. Narahatlıq o vaxt aradan qalxar ki, ölkədə koronavirusa yoluxma halı 1-2 rəqəminə qədər düşsün. Buna görə də çoxlu davamiyyət problemi yaranacaq”. Ekspert həmçinin bildirdi ki, müəllimlər ilk növbədə dərsə yüngül giriş etməlidirlər: “İlk dərs, karantin dövründə uşaqların günlərini necə keçirdikləri, epidemiyadan qorunmağın yolları, şəxsi gigiyena qaydaları haqqında olunmalıdır. Bundan sonra isə müəllimlər dərs proqramında karantindən əvvəl harda qalmışdılarsa, oradan davam etməlidirlər. Bu mövzuda artıq fərqli müzakirələr gedir. Teledərslər, virtual dərslər keçirildi, “niyə qalındığı yerdən davam etməlidir?” kimi suallar meydana gəlir. Hamıya məlumdur ki, dövlət bu dərsləri icbari formada təqdim edə bilmədi. Bu dövlətin qüsuru deyil. Ölkəmizin hər yerində internet güclü səviyyədə deyil və eyni zamanda hər şagirdin evində internet yoxdur. Buna görə də əlavə dərs saatları, şənbə-bazar dərsləri salına bilər. Bu yollarla proqramı yekunlaşdırmaq mümkündür”. Qoşqar Məhərrəmov Yeniavaz.com-a açıqlamasında dərslərin avqustda başlanmasının tərəfdarı olmadığını söylədi: “Avqustun 15-də dərslərin açılması barədə yekun qərarı nazirlik verəcək. Bununla bağlı proqnoz vermək çətindir. Lakin, onu deyə bilərəm ki, həmin vaxtda dərsin başlanması yaxşı olmaz. Çünki, avqustun 15-i havaların çox isti olduğu bir dövrdür və bu zaman günvurma kimi hadisələr baş verə bilər. Eyni zamanda məktəblərin soyutma sistemləri yaxşı səviyyədə deyil, şagirdlərin dərsə adaptasiyası çətin olar. Sentyabrın 1-i başlasa daha yaxşıdır. Əvvəllər də “Bilik günü” o tarixdə olurdu”.
“Mayın 5-də valideynlərin çoxu övladını məktəbə göndərməyəcək” – Təhsil EKSPERTİ



Məktəbə getməyən şagirdlər necə təhsil alacaq?
Övladını məktəbə göndərib-göndərməmək birbaşa valideyndən asılıdır
Təhsil nazirindən məktəblərin bağlanması ilə bağlı AÇIQLAMA
Ölkə yenidən qapanmaya hazırlaşır?
Bu məktəblərdə dərslər dayana bilər?- SƏBƏB NƏDİR?
Valideynlərin DİQQƏTİNƏ! - Uşaqlara qeyri-adi xəstəlik peyda olub
"Karantin müddəti mayın 5-dək uzadılacaq.." - Kamran Əsədov - AÇIQLAMA
ŞAD XƏBƏR - Bu şəxslər avtobuslardan pulsuz istifadə edəcək
Məktəbli çantalarının ağırlığının hansı fəsadları var?
“Uşaqlara əl qaldıran hər kəs bilməlidir ki...” – Diqqət
Birinci sinfə qəbulun vaxtı uzadıldı
Məktəblərdə dərslər dayandırılsın? – Ekspertlər
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 