Qarabağ mövzusunda lentə alınan “Açar” filminin çəkilişləri artıq yekunlaşıb və tizeri (qısa videoxülasə) kinosevərlərə təqdim edilib. ONN media xəbər verir ki, film işğal olunmuş evinin sonuncu yadigarı və nişanəsi olan açarların itməsi ilə evinə qayıtmaqla bağlı son ümidini də itirən Ümid kişinin timsalında, dünyanın harasında yaşamasından asılı olmayaraq, doğma torpağı, evi zorla əlindən alınmış, həyatda yeganə istəyi öz evinə qayıtmaq olan insanın hekayəsidir... “Epik Prodakşn” və “OB Film”in birgə istehsalı olan “Açar” qısametrajlı bədii filmi dram janrındadır. “Hadisə işğal altında qalmış evin açarının itməsi üzərində qurulub. Ailə bunu böyük faciə kimi qəbul edir, çünki bu açar onların ümididir. Evin açarı təkcə keçmişdən xatirə yox, həm də “Qapını bağlayıb gəlmişəm” kimi toxtaqlıqdır”, – deyə filmin quruluşçu rejissoru Elşad Elsevər bildirib. Filmin bədii rəhbəri Yusif Şeyxov, ssenari müəllifi Elşad Elsevər, quruluşçu operatoru Cavid Delee, quruluşçu rəssamı Arif Niftiyevdir. Ekran əsərində Xalq artisti Qurban İsmayılov, Əməkdar artistlər Rasim Cəfər, Zemfira Əbdülsəmədova, eləcə də Hüseyn İsgəndərov, Arif Kərimov, Rövşən Ağayev, Nəriman Qarayev, Ramiz Abbasov, Behbud Hacıyev, Eldar Cəbrayıl, Reyhan Cəfər, Selin Cəbrayıl, Emin İsgəndərov və başqaları çəkilib. https://www.youtube.com/watch?v=H-jJ8gU1-Lw&feature=emb_title
Qarabağ mövzusunda lentə alınan “Açar” filminin tizeri - VİDEO



"Netflix"də yayımlanacaq ilk türk filminin tizeri
“Çölçü” filmi yenidən mükafata layiq görüldü
Şuşa barədə “28” filmi beynəlxalq festivalda
Karantin günlərində ən çox hansı film izlənilib?
İki filmimiz beynəlxalq festivalda mükafat qazandı
Şəhid generalın xatirəsinə FİLM ÇƏKİLİR
Məşhur türklər Azərbaycana gəlirlər - GİRİŞ PULSUZDUR
“Zəngəzur” sənədli filminin təqdimatı olacaq
Azərbaycanlı aktyorlar türk serialında
Yeni “Rembo” gəlir - Təqdimat tarixi açıqlandı
Qarabağın hava qapısının simvolik açarı İlham Əliyev və Ərdoğana verildi
"Bir topa adam" filmi təqdim edildi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 