Azərbaycanlı rejissor Teymur Qəmbərovun “Quxuroba” filmi MDB ölkələrinin “Dostluq” gənc kinematoqrafçıların beynəlxalq kino məktəbi tənqidçilərinin əsas mükafatına layiq görülüb.
ONN media xəbər verir ki, MDB ölkələri gənc kinematoqrafçıları beynəlxalq kino məktəbinin beşinci mövsümü bu il Gürcüstanın Batumi şəhərində gəncləri bir araya gətirib. Kino məktəbinin təşkil etdiyi müsabiqə proqramına 14 ölkədən 31 film daxil olunub.
Teymur Qəmbərov beynəlxalq kino məktəbinin müsabiqəsi barədə fikirlərini bölüşüb:
“Tədbirdə əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm. Hər bir iştirakçıya xüsusi diqqət var idi. Kino məktəbi yüksək səviyyədə təşkil edilmişdi. “Quxuroba” filmimiz kino tənqidçilərinin əsas mükafatına layiq görüldü. Filmi dəyərləndirən hər kəsə minnətdaram”.
“Quxuroba” filmi Rasim adlı taksi sürücüsünün başına gələn macəralardan bəhs edir. O, müdirindən vacib bir tapşırıq alır. Nəyin bahasına olursa-olsun, gəlinlik paltarını ucqar kəndə çatdırmalıdır. Bu yolda Rasim cavan bir qadını maşınına alır. Onların danışacaqları bir şey olmasa da, bir-birilərinə söyləyəcəkləri nəsə var. Beləliklə, iki fərqli tale bir yolda kəsişir.
Rejissoru və ssenari müəllifi Teymur Qəmbərov olan filmdə Elxan Səmədov, Roza İbadova Koçamaz, Rada Nəsibova, Cahangir Malik, İlqar Dadaş rol alıb.



Azərbaycan filmi Sarayevo Film Festivalında qalib oldu
20 iyul Ramiz Əzizbəylinin doğulduğu gündür
“Çölçü” filmi yenidən mükafata layiq görüldü
İki filmimiz beynəlxalq festivalda mükafat qazandı
Bu film "Oskar" mükafatına layiq görüldü
Azərbaycanlı rejissorun filmi Parisdə nümayiş olunub
İlin ən pis filmlərinin SİYAHISI
“Oskar-2019” namizədləri müəyyənləşdi
Milli Kino Günü təntənəli mərasimlə qeyd edildi
“Qızıl Qlobus” sahibləri məlum oldu
Məşhur azərbaycanlı aktyor koronavirusdan öldü
Azərbaycanda yeni agentlik yaradılacaq - NAZİR AÇIQLADI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 