“Ermənistana hərbi dəstəyimizi münaqişə ilə bağlı olmayacaq formada formalaşdırmışıq”. ONN media xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) məlumatında bildirilib. “Anadolu” agentliyinə açıqlama verən Pentaqon sözçüsü Tomas Kampbell bildirib ki, vəziyyət olduqca dəyişkəndir və nazirlik hadisələri yaxından izləyir: “Şiddəti qınayır və dünyasını dəyişənlərin, yaralananların ailələrinə başsağlığı diləyirik”. Kampbell tərəfləri danışıqların bərpasına dəvət edib. Qeyd edək ki, Ermənistan silahlı qüvvələri 27 sentyabrda atəşkəs rejimini pozaraq təmas xəttinin cəbhəboyu istiqamətlərində Azərbaycanın mülki yaşayış obyektləri və dinc əhalisini ağır artilleriya ilə atəşə tutub. Azərbaycan Silahlı Qüvvələri düşmənə cavab zərbələri endirmək üçün əks-hücum əməliyyatlarına başlayıb. Əməliyyatlar çərçivəsində erməni işğalında olan 7 kənd və 2 strateji silsilə azad edilib. Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən bildirilib ki, düşmənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 55 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib, 19 nəfər isə həlak olub.
Pentaqondan mülki əhaliyə hücum edən Ermənistana ETİRAZ



Ağdam və Tərtərə FHN-in qüvvələri CƏLB EDİLDİ
Bərdə terroru ilə bağlı konstitusiya məhkəmələrinə müraciət edildi
“Uğurlu əməliyyatlar davam edir” - POLKOVNİK
Ermənilərin öldürdüyü mülki şəxslərin sayı 19-a çatdı - RƏSMİ
Ermənilər Tərtəri atəşə tutdu: 7 mülki şəxs...
Ermənilər Göygölü atəşə tutdu - YANĞIN BAŞLADI
Erməni təcavüzü nəticəsində Azərbaycanın itkiləri AÇIQLANDI
Vətən müharibəsi xronikası- 13 oktyabr
SON DƏQİQƏ: ermənilər Qəbələ-Bakı su kanalına HÜCUM ETDİ - YARALI VAR
XİN -dən atəşkəslə bağlı AÇIQLAMA
Ermənilər yenidən neft kəmərlərini hədəf aldı - RƏSMİ
Ermənilərin öldürdüyü və yaraladığı azərbaycanlıların STATİSTİKASI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 