Səbail rayonu Bibiheybət ərazisindən boru kəməri vasitəsilə çirkab suların Xəzər dənizinə axıdılması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər əsasında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən aparılan araşdırma başa çatıb. Xidmətin rəisi Hikmət Əlizadə bildirib ki, mütəxəssislər tərəfindən boru xəttindən axan sudan nümunələr götürülərək bioloji, kimyəvi analizlər aparılıb və suda ammonium ionlarının 30.4, asılı bərk hissəciklərin 13.4, sintetik səthi aktiv maddələrin isə 5.8 dəfə normadan artıq olduğu müəyyən olunub. "Qeyd edək ki, araşdırma zamanı ərazidə formalaşan çirkab suların "Azərsu" ASC-nin Bakı Sukanal İdarəsinin tabeliyində fəaliyyət göstərən nasoslar vasitəsilə təmizlənmədən Xəzərə axıdıldığı müəyyən edilib". H.Əlizadənin sözlərinə görə faktla bağlı akt, protokol tərtib edilib və "Azərsu" ASC-nin hüquqi şəxs qismində cərimələnməsi üçün toplanmış materiallar məhkəməyə göndərilib. Tullantı sularının mərkəzləşmiş kanalizasiya şəbəkəsinə yönəldilməsi məqsədilə tərəfimizdən "Azərsu" ASC-yə məktub ünvanlanıb.
Nazirlik “Azərsu”yu məhkəməyə verdi



Azərbaycanda VƏZİFƏLİ ŞƏXS cərimələndi
Sumqayıt Su Kanal İdarəsinin rəisi cərimələndi
Bulvardan dənizə çirkab suları axıdılır? - VİDEO
Xəzərə çirkab su axıdan şəxs cərimələnib
Nazirlik bu istirahət mərkəzlərini cəzalandırdı
ETSN bu qurumu məhkəməyə verir
Xəzərdə bunu edənlər CƏZA ALDI
Xəzər sahili zonasında reydlər davam etdirilir
Kanalizasiyadan elə birşey çıxdı ki...
Hökməli bələdiyyəsi cəzalandırıldı - SƏBƏB?
Məşhur istirahət mərkəzlərində BƏRBAT GÖRÜNTÜ - FOTO
Qafqaz Konserv Zavodunun direktoru cəzalandırıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 