Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yoxsul ölkələrin kifayət qədər peyvənddən istifadə edə bilməməsi səbəbilə COVID-19 pandemiyasının lazım olandan bir il daha uzun sürəcəyini açıqlayıb.
ONN media xəbər verir ki, bu barədə ÜST-nin yüksək səviyyəli idarəçilərindən biri Brus Elvord danışıb və bildirib ki, virus 2022-ci ildə də təsirli olacaq.
Qitələrin bir çoxunda insanların 40 faizi peyvənd olunduğu halda, Afrika qitəsində əhalinin 5 faizdən az hissəsi vaksin vurdurub.
B.Elvord dərman şirkətlərinin ən aşağı gəlirli ölkələrə üstünlük vermələri üçün zəngin dövlətləri peyvənd növbəsindəki yerlərindən imtina etməyə çağırıb: "Vaksinasiyanı sürətləndirmək lazımdır, yoxsa pandemiya lazım olduğundan bir il daha çox davam edəcək".
"The People's Vaccine" qeyri-hökumət təşkilatları ittifaqı dərman şirkətləri və zəngin ölkələr tərəfindən vəd edilən 7 dozadan yalnız birinin yoxsul ölkələrə çatdığını göstərən yeni məlumatlar yayımlayıb. COVID-19 peyvəndlərinin böyük əksəriyyəti yüksək gəlirli və ya orta gəlirli ölkələrdə hazırlanıb. Qlobal miqyasda tətbiq edilən dozaların yalnız 2,6 faizi Afrikada ərsəyə gətirilib.



ABŞ ÜST-ün təklifini rədd etdi
ÜST-dən peyvənd pasportlarına dair QƏRAR
ÜST direktoruna ÖLÜM TƏHDİDİ
ÜST-dən ölkələrə ÇAĞIRIŞ
Azərbaycan 4 ölkəyə 150 min doza peyvənd ianə edib
Prezident AÇIQLADI: Pandemiya ən çox bu ölkələrə zərbə vurub
COVID-19 müharibəsində YENİ CƏBHƏ: 2022-ci ildə...
ÜST: pandemiya dövründə qlobal hədsiz ölüm hallarının sayı 15 milyon olub
Peyvənd dozası artırılacaqmı? - AÇIQLAMA
İlk testin nəticəsi mətbuata sızdı - Koronavirusla bağlı BƏD XƏBƏR
Bill Qeyts haqlı çıxdı - Peyvənd yaradıcısından ŞOK AÇIQLAMA
TƏBİB Britaniya ştammı ilə bağlı əhaliyə ÇAĞIRIŞ ETDİ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 