İsmayıllıda restorandan oğurluq edən gözətçinin cinayət əməli ifşa olunub.
ONN media xəbər verir ki, rayonun Bizlan kəndindəki restoranlardan birinin sahibi polis şöbəsinə müraciət edərək gecə saatlarında obyektdə quldurluq hadisəsinin baş verdiyini bildirib. Həmin şəxs bu barədə məlumatı orada gözətçi işləyən Yavər adlı şəxsdən aldığını deyib.
Gözətçinin dediyinə görə, maskalı naməlum şəxslər onu döyərək daha sonra Sumqayıt şəhərinə aparıb və orada avtomobildən düşürüb, yollarına davam ediblər. Gedərkən restorandakı ümumi dəyəri 5 min manata yaxın olan qədim samovarları da özləri ilə aparıblar.
Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində obyektdə əslində quldurluq cinayətinin baş vermədiyi, gözətçi Yavər Məmmədovun məsuliyyətdən yayınmaq üçün belə bir plan qurduğu məlum olub.
Belə ki, həmin şəxs samovarları özü oğurlayaraq Qobustan rayonunda satıb və daha sonra iz itirmək məqsədilə obyektin sahibinə guya restorana maskalı şəxslərin basqın etməsi ilə bağlı yalan məlumat verib. Onun bu planı polis əməkdaşları tərəfindən ifşa edilib və samovarlar satdığı yerlərdən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.
Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.



Azərbaycanda YDM-ə basqın edən maskalı şəxs belə yaxalandı
DİN bu şəxslərlə bağlı əhaliyə müraciət etdi - DİQQƏT
Azərbaycanda yanacaqdoldurma məntəqəsinə SİLAHLI BASQIN
Əvvələr işlədiyi yerdən 45 min oğurladı
Əvvəl taksiyə oturdu, sonra...
Bir gecədə 12 maşını soydu – VİDEO
“Poz, qazan” lotereyalarını oğurlayan şəxs saxlanıldı
Azərbaycanda evləri yandıran şəxs ƏLƏ KEÇDİ
Mağazadan 100 min manatlıq oğurluq olub
Şəhid ailəsinin evindən oğurluq edənlər tutuldu
Məktəbə sərxoş daxil olan şəxs həbs edildi
Masazırda 40 min manatlıq OĞURLUQ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 