Bu gün paytaxtda bir sıra sürücülər daha çox dayanma-durma və parklanma, piyadalar isə onlar üçün nəzərdə tutulan keçidlərdən istifadə etməyərək qaydaları pozur, yolu təyin olunmayan yerlərdən keçirlər.
Bunu ONN media-ya açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı polis leytenantı Rüstəm Əhmədli deyib.
O bildirib ki, sürücülər ictimai nəqliyyat üçün ayrılmış zolaqlarda nəqliyyat vasitələrini park edir:
"Bir sözlə, hərəkətin fasiləsiz və təhlükəsiz təmin olunması üçün ardıcıl problemlər yaranır. Bu da gündəlik xidmətin təşkilində əlavə çətinliklər yaradır. Bir çox hallarda piyada üçün nəzərdə tutulan səkilər, panduslar, ikinci cərgə, bəzən də sakinlərin mənzillərinə qalxacağı yerlərin qarşısı zəbt olunur. Bu kimi hallar nəqliyyatın hərəkətinə təsir etməklə yanaşı hər bir hərəkət iştirakçısının qarşılıqlı formada haqlı narazılığına və narahatlığına səbəb olur”.
R.Əhmədli söyləyib ki, mütamadi olaraq keçidlərdən və piyada zolaqlarından istifadə etməyərək həyatlarını təhlükə altına atan piyadalar ilk növbədə özlərinə, eləcə də sürücülərə də ciddi problem lər yaradır:
"Bu hərəkətlərin məntiqi sonluğu isə ən yaxşı halda inzibati xəta ilə bitir. Bəzən ağır qəzalar məsuliyyəti daha da dərinləşdirir və sonda insan taleyinə ciddi təsir edən hadisələr qaçılmaz olur".
"Təəssüf hissi ilə bildiririk ki, bunlar hələ də ən aktual problemlər kimi qalmaqdadır. Ümumiyyətlə yol hərəkəti qaydalarına riayət etməklə baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısının alınması və bədbəxt hadisələrin baş verməməsi üçün mütəmadi nəzarət və marifləndirici tədbirlər DİN tərəfindən keçirilsə də, bu işdə DYP öz səlahiyyətləri çərçivəsində xidməti fəaliyyəti təmin etsə də, problemlərin davamlı həllinə nail olmaq üçün cəmiyyətdə ictimai məsuliyyət hissinin formalaşdırılması məqsədilə aparılan təbliğat işi sahəvi yox, kütləvi xarakterli olmalıdır. Yəni cəmiyyətin bütün təbəqələrindən olan şəxslər yol hərəkətinin iştirakçısı kimi birmənalı şəkildə bu prosesdə məsuliyyət hissinin artırılması üçün dəstəyini əsirgəməməlidir. Bir daha bütün hərəkət iştirakçılarını yol hərəkəti qaydalarına riayət etməyi, ən əsası isə təhlükəsiz və vaxtında mənzil başına çatmaları üçün daim diqqətli olmağı xahiş edirik. Köhnə vərdişlərimizi unudaq gələcək həyatımızı sadə qaydaların pozulmasına qurban verməyək!", - DYP rəsmisi vurğulayıb.



DİN-dən bunu edən sürücülərə MÜRACİƏT
DYP bu sürücülərə XƏBƏRDARLIQ ETDİ
Yol polisi gücləndirilmiş iş rejiminə keçdi
Maşınını səkidə saxlayan sürücülərə xəbərdarlıq
Naxçıvanda sürücülərə qarşı reyd keçirildi
Yeni tədris ili başlayır: DYP-dən daha bir müraciət
Bunu etsəniz, 40 manat cərimələnəcəksiniz – Əhaliyə XƏBƏRDARLIQ OLUNDU
BNA evakuatorları işə salır – Qayda pozanlar təxliyə olunacaq
"Son zəng"lə bağlı vətəndaşlara müraciət
DYP-dən bu şəxslərə xəbərdarlıq! – 4000 AZN cərimə...
Avtobus zolağına gizli nəzarət olunur?
DYP yenidən xəbərdarlıq etdi- Bu sürücülər cərimələnəcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 