“Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin 2023-cü il üzrə illik gəliri 72,3 milyon manat təşkil edib. Bu da özündən əvvəlki ilin müvafiq dövründən 10% çoxdur”.
ONN media-nın məlumatına görə, bunu qurumun İdarə heyətinin sədrinin vəzifələrini müvəqqəti icra edən İsi Mustafayev 2023-cü ildə qurumun gördüyü işlər barədə keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, ötən il üzrə xalis mənfəət 4,6 milyon manat, EBITDA (faizlərin, vergilərin, amortizasiya xərclərinin çıxılmasından əvvəl gəlirlərin həcminə bərabər analitik göstərici - red.) isə 11,5 milyon manat olub:
“Həmin dövrdə cəmiyyətin xərcləri 67,5 milyon manat olub. Bu da özündən əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10% çoxdur. Xərc artımının əsas hissəsi əməkhaqqı xərclərinin payına düşür. Belə ki, 2023-cü ilin əvvəlində minimum əməkhaqqının 17% artımı xərclərin artımına səbəb olub. Eyni zamanda, “Azərpoçt” əməkdaşlarının aylıq gəlirlərinin artırılması üzrə 2023-cü il üçün qarşıya hədəf kimi qoyulmuş əməliyyat bonusunun tətbiqinə başlanılıb”.
Sədr vurğulayıb ki, “Azərpoçt”un 2024-cü il üzrə əsas hədəfi yenidən əməkdaşların maddi rifah səviyyəsinin yüksəldilməsi olacaq:
“Büdcə xərclərində bu istiqamətdə 15%-lik artım nəzərdə tutulub”.



“Azərsu” ötən ili 180,5 milyon zərərlə başa vurub
Azərbaycanda suyun qiyməti bahalaşır?
“Azərkosmos” fəaliyyətinin son ilini zərərlə başa vurdu
ARDNF-in aktivləri 45 milyard dolları keçdi
Neft Fondunun aktivləri 240 milyon dollar artıb
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
Prezident gələn ilin büdcəsini təsdiqlədi
Azərbaycanda əhalinin gəlirləri artıb
Azərbaycan ötən il müdafiəyə nə qədər xərcləyib?
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ZƏRƏRDƏ
Bu bankın zərəri gəlirindən çoxdur- Bağlana bilər?
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 