İngilis hakimə yaraşmayan qırmızı vərəqə oldu.
ONN media xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Almaniyanın “Bayer 04” klubuna 2:3 hesabı ilə məğlub olduqları UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında deyib.
Təcrübəli mütəxəssis ingiltərəli baş hakim Entoni Teylorun səfər görüşünün 62-ci dəqiqəsində Elvin Cəfərquliyevə qırmızı vərəqə göstərdiyi epizodu dəyərləndirib. O, referinin qərarı ilə razılaşmayıb:
“İngiltərə Premyer Liqasında həmin epizodda, bəlkə də, heç cərimə zərbəsi təyin etmirlər. VAR dəvət etdi, ancaq yenə də söz sahibi baş hakim idi. Futbol mübarizə oyunudur. Belə matçlarda bu cür sadə qırmızı vərəqəni qəbul etmirəm”.
52 yaşlı çalışdırıcı mərhələ adlamaq şansını son anda əldən verdiklərini etiraf edib:
“Hər iki oyunda şansımız çox oldu. Həm Bakıdakı, həm də Leverkuzendəki görüşün son saniyələrində qapımızdan qol buraxdıq. Məğlub olsaq da, qazandığımız şeylər çox oldu. Komanda olaraq bu mövsüm azarkeşlərimizə yaxşı oyun göstərdik. Buna görə futbolçularıma təşəkkür edirəm. Daha bir mərhələ irəliləmək istərdik. Ancaq qarşımızdakı rəqibin çox ciddi olduğunu da nəzərə almaq lazımdır. Həmçinin azlıqda qalmağımız da nəticəyə təsir etdi”.
Baş məşqçi qırmızı vərəqə alan Elvin Cəfərquliyevə buna görə irad bildirmədiyini söyləyib:
“Oyundan sonra kiminləsə danışmağım, etiraz bildirməyim düzgün olmazdı. Hamının emosiyaları fərqli idi. Biri əsəbləşmişdi, biri üzülmüşdü. Belə vəziyyətdə irad bildirmək düzgün olmaz. Yenə də diqqətli olmalı, daha tez oynamağı bacarmalıdırlar. “Bayer 04” bu mövsüm Almaniya Bundesliqasının da bir çox oyununda son dəqiqə qolu ilə qalib gəlib. Bu, komandanın dözümlülüyündən, düzgün formalaşmasından irəli gəlir. Həm ustalıq, həm fiziki güc, həm də ilboyu bu tempdə oynamaq belə vəziyyətə gətirib çıxarır”.



“Qarabağ”ın futbolçusu: “Möcüzəni reallaşdırmağa çox yaxın idik”
“Hakimdən ağılsız qərar” – İngiltərə mətbuatı
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ
"Qarabağ" "Bayer"ə məğlub oldu
Qurban Qurbanov: Buna çox əsəbləşdim
Qurban Qurbanov: “Norveçdən uğurlu nəticə ilə dönmək istəyirik”
Azərbaycanın ən intizamsız klubu MƏLUM OLDU
"Qarabağ" "Ayaks"a məğlub oldu
AFFA “Neftçi”ni cərimələdi
"Qarabağ" Çempionlar Liqası ilə vidalaşdı
"Qarabağ" "Aşdod"un müqavimətini qıra bilmədi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 