ONN media xəbər verir ki, rayonlarda olan vakant vəzifələr üzrə işləmək istəyənlərin sayı azdır. Bu səbəbdən də rayonlarda olan vakant vəzifələrin bir qismi boş qalıb.
Aprelin əvvəllərindən etibarən 7 və 8 fevral 2018-ci il tarixlərində elan edilmiş inzibati icraçı (B növ) vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün qeydiyyatdan keçmiş namizədlərlə müsahibələrin keçirilməsi nəzərdə tutulur.
Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, 7 fevral 2018-ci ildə elan edilmiş müsahibəyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə inzibati vəzifələrin 6-7-ci təsnifatlarına uyğun olan 518 vakant inzibati icraçı vəzifə (BB qrupu) təqdim olunub.
Eyni zamanda 8 fevral 2018-ci ildə elan edilmiş müsahibəyə isə mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanlarında ümumilikdə 11 dövlət orqanında inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan 192 vakant icraçı vəzifə (BA və BB vəzifə qrupları üzrə) təqdim olunub. Müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyat bir ay davam edib.
Fevralın 7-də elan olunmuş müsahibədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 518 vakant inzibati icraçı vəzifəsinə (BB qrupu) 1375 müraciət qeydə alınıb. 1 yerə düşən ərizələrin orta sayı 2.65-dir. Lakin 160 vakant vəzifə üzrə heç bir müraciət qeydə alınmayıb. Rayonlarda olan vakant vəzifələr üzrə işləmək istəyənlərin sayı aşağıdır. Müraciət edənlər əsasən Bakı şəhərində yerləşən struktur bölmələr üzrə qeydiyyatdan keçiblər. Ən yüksək müsabiqə vəziyyəti Dövlət Sosial Müdafiə Fondu, Yasamal rayon şöbəsi, Sosial xidmət sektoru, aparıcı məsləhətçi (1 yerə 42 namizəd), Dövlət Sosial Müdafiə Fondu, Binəqədi rayon şöbəsi, Sosial sığorta sektoru məsləhətçi (1 yerə 35 namizəd), Dövlət Məşğulluq Xidməti, Yasamal rayon Məşğulluq Mərkəzi, Aktiv məşğulluq tədbirləri sektoru aparıcı məsləhətçi (1 yerə 35 namizəd), Dövlət Məşğulluq Xidməti, Nizami rayon Məşğulluq Mərkəzi, İşaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi sektoru məsləhətçi (1 yerə 32 namizəd), Dövlət Məşğulluq Xidməti, Səbail rayon Məşğulluq Mərkəzi, Aktiv məşğulluq tədbirləri sektoru məsləhətçi (1 yerə 30 namizəd), Dövlət Məşğulluq Xidməti, Nəsimi rayon Məşğulluq Mərkəzi, İşaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi sektoru məsləhətçi (1 yerə 30 namizəd) vəzifəsi üzrə formalaşıb.
Fevralın 8-də elan edilmiş müsahibədə isə 11 dövlət orqanında 192 vakant icraçı vəzifə üzrə 774 müraciət qeydə alınıb. Orqanlar arasında ən yüksək müsabiqə vəziyyəti Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yaranıb. Təqdim olunan 3 vakant yerə 62 müraciət var. Ən çox müraciət qeydə alınan dövlət orqanı isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir (73 vakant yerə 396 müraciət). Lerik Rayon Məhkəməsi üzrə isə təqdim olunan vakansiyalar üçün heç bir müraciət qeydə alınmayıb. Ümumiyyətlə statistika göstərir ki, məhkəmə orqanları tərəfindən rayon-şəhər məhkəmələrində hakim köməkçisi, məhkəmə iclasının katibi və s. vəzifələr üzrə vakansiyalar daha çox təqdim edilib. Qeyd olunan vəzifələrin tutulması üçün staja dair tələb müəyyən edilməməsinə, eləcə də digər şərtlərin daha sadə olmasına baxmayaraq həmin vəzifələr üzrə müraciət edən namizədlərin sayı gözləniləndən az olub.
Yeni müsahibə elanları zamanı bu vəzifələr üzrə, xüsusilə regionlarda yerləşən rayon-şəhər məhkəmələrində daha çox vakant yerlər təqdim olunacaq. Gələcək potensial namizədlərə tövsiyə olunur ki, həmin vakansiyaların müsahibələrində iştirak etmək üçün müraciət etsinlər. Bundan əlavə, müşahidələr göstərir ki, bəzən namizədlər eyni təsnifat, eyni maaş və eyni tələblər olan iki vəzifədən birinə üstünlük verirlər və kütləvi şəkildə həmin vəzifə üzrə qeydiyyatdan keçirlər. Halbuki hər iki vəzifədə tələblər və şərtlər eyni olur. Bu isə bir vəzifə üzrə yüksək, digəri vəzifə üzrə isə daha aşağı müsabiqə vəziyyətinin yaranmasına səbəb olur.
Müsahibələrin aprel ayının əvvəllərindən etibarən keçirilməsi nəzərdə tutulur. Müsahibələrin keçirilmə qrafiki dövlət orqanları ilə razılaşdırıldıqdan sonra yaxın günlərdə elan olunacaq. Hər bir namizəd müsahibə yeri, tarixi və saatı ilə tanış ola biləcək. Müsahibələr Bakı şəhəri ilə yanaşı namizədlərin rahatlığının təmin edilməsi üçün DİM-in Gəncə, Şəki, Şirvan, Göyçay, Lənkəran, Bərdə, Xaçmaz regional bölmələrində də təşkil ediləcək. Müsahibə elanları, müsabiqə vəziyyəti, müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları ilə ətraflı olaraq Mərkəzin internet portalında tanış olmaq olar.
DİM ictimaiyyətin hərtərəfli məlumatlandırılmasına, şəffaflığın təmin edilməsinə, habelə görülən işlərlə bağlı ictimai nəzarətin təşkilinə daim önəm verdiyi üçün Mərkəz tərəfindən keçirilən bütün tədbirlər, eləcə də müsahibələrin nəticələri, müxtəlif statistik göstəricilər, müsabiqə vəziyyəti və s. ilə bağlı zəruri məlumatları hər gün internet saytı vasitəsilə təqdim edir:"Namizədlər onlar üçün yaradılan bu imkanlardan maksimum dərəcədə istifadə etməlidirlər. Mərkəz tərəfindən namizədlərin imtahan verməsi, öz bilik və bacarıqlarına uyğun işlə təmin olunması üçün tələb olunan zəruri şərait yaradılmışdır. Hər bir namizədə qeydiyyatdan keçdiyi müsahibədə iştirakla bağlı məsuliyyətli olmağı və uğur əldə etməyi arzu edirik!".



Vakant vəzifələrin tutulması üçün müsahibə elanları veriləcək
Apreldə dövlət qulluğuna qəbul üçün 710 vəzifəyə müsahibə keçiriləcək
DİM: Rayonlarda olan vakant vəzifələrdə işləmək istəyənlərin sayı azdır
Dövlət qulluğuna qəbul olmaq istəyənlərin diqqətinə
519 vakant vəzifəyə qəbul üçün müsahibə elan edilib
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
Dövlət qulluğuna hazırlaşanların nəzərinə
32 vakant yerə ümumi müsahibə elan edilib
Qrafik müəyyən edildi
5 dövlət orqanında işləmək şansı - TƏLƏSİN!
DİM 200 vakant vəzifə üzrə müsahibə mərhələsini elan edir
5 dövlət orqanında 88 yer vakantdır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 