ONN media xəbər verir ki, mart ayının 6-sı Kənd Təsərrüfatı Naziri Heydər Əsədov Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayevlə görüşüb.
Nazir qonağı səmimi salamlayaraq fondla əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Bildirib ki, Ölkə Prezidentinin müvafiq Sərəncamlarına uyğun olaraq çəltikçilik, çayçılıq və sitrus meyvəçiliyinin inkişafı sahəsində qəbul edilmiş Dövlət Proqramlarında aidiyyəti tədbirlərin həyata keçirilməsində Elmin İnkişafı Fondu icraçılardan biri kimi müəyyən edilmişdir.
Nazir son vaxtlar ölkə rəhbərliyi tərəfindən qəbul olunmuş Dövlət Proqramları, kənd təsərrüfatının ənənəvi sahələri, o cümlədən çətikçilik, çayçılıq, sitrus meyvəçiliyi, baramaçılıq üzrə tədqiqatların aparılmasını, yüksək ixtisaslı elmi kadrların hazırlanmasını, alimlərin, bacarıqlı gənc tədqiqatçıların, mütəxəsislərin aqrar elm sahəsində elmi fəaliyyətinin stimullaşdırılmasına birgə dəstək göstərilməsini məqsədəuyğun hesab edib.
Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev rəhbərlik etdiyi Fondun çoxşaxəli fəaliyyəti barədə məlumat verərək aqrar sahə üzrə tədqiqatların aparılması üçün Fond tərəfindən daim dəstək veriləcəyini diqqətə çatdırıb. Imzalanacaq Protokolun hüquqi müstəvidə aqrar sahədə tədqiqatlar üzrə əməkdaşlığın inkişafına öz töhfəsini verəcəyini bildirib. Növbəti mərhələdə Cənub və Gəncə-Qazax bölgələrində birgə konfrans və simpoziumların keçirilməsini məqsədəuyğun hesab edib.
Nazir Heydər Əsədov nazirliyin tabeliyində fəaliyyət göstərən Elmi-tədqiqat İnstitutlarına prioritet istiqamətləri müəyyənləşdirməklə elmi-tədqiqat proqramlarının, layihələrin və digər elmi tədbirlərin qrant şəklində ünvanlı maliyyələşdirilməsi üzrə təkliflərin hazırlanaraq təqdim olunması barədə tapşırıq və tövsiyələrini verib.
Görüşün sonunda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu arasında Əməkdaşlıq Protokolu imzalanıb. Protokolda əməkdaşlığın əsas istiqamətləri - birgə xüsusi Qrant müsabiqələrinin keçirilməsi, elmi-tədqiqat işlərinin prioritet istiqamətlərinin müəyyənləşdirilməsi, alim və mütəxəssislərin qrant müsabiqələrində iştirakının stimullaşdırılması məqsədi ilə təlim və seminarların (o cümlədən regionlarda) keçirilməsi, müvafiq məsləhətlərin verilməsi, elmi-tədqiqat işlərinin nəticəliliyinin və səmərəliliyinin artırılması sahəsində birgə tədbirlərin həyata keçirilməsi, aqrar elmlərin inkişafı üzrə beynəlxalq təcrübənin öyrənilməsi, habelə tərəflərin beynəlxalq elmi və elmi-təşkilati fəaliyyətində qarşılıqlı dəstəyin göstərilməsi məsələri öz əksini tapıb. Həmçinin Fond Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə Dövlət Proqramları üzrə çəltik istehsalı və emalı sahəsində elmi-texniki nailiyyətlərin yayılması, çayçılıqla və sitrusçuluqla məşğul olan elmi tədqiqat müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi tədbirlərinin həyata keçirilməsində də yaxından iştirak edəcəkdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən nəşr olunan kitablar Kənd Təsərrüfatı Nazirliyinə təqdim olunub



İnam Kərimov Macarıstanın xarici işlər naziri ilə görüşüb
Prezident Mehriban İmanovaya YÜKSƏK VƏZİFƏ VERDİ
İlham Quliyev Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin nümayəndələri ilə görüşüb
Bu dövlət qurumlarının əməkdaşları 1 aylıq məzuniyyətə göndərildi – SİYAHI
Azərbaycanla Türkiyə arasında Kənd Təsərrüfatı Sığortası üzrə Əməkdaşlıq Protokolu imzalanıb
Nazir müavini:"Rusiya bizim ənənəvi partnyorumuzdur"
Aqrar Elm və İnnovasiya Mərkəzində Gənc Alim və Mütəxəssislər Şurasının iclası keçirildi
Kənd Təsərrüfatı Nazirliyi aqrar sahədə startaplara dəstək verəcək
AMEA-da elektron kənd təsərrüfatı mövzusunda iclas keçirildi
Əli Əsədov Bekir Pakdemirlini qəbul etdi
XİN başçısı Qu Donyqu ilə görüşdü
İlham Əliyev sərəncam imzaladı
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 