ONN media Mərkəzi Banka istinadən Gənclər arasında keçiriləcək “RƏQƏMSAL MALİYYƏ XİDMƏTLƏRİ: MÜASİR TRENDLƏR VƏ ÇAĞIRIŞLAR” adlı yaradıcılıq müsabiqəsinin qaydalarını təqdim edir.
I. MÜSABİQƏNİN MƏQSƏDİ
1.1. Müsabiqənin əsas məqsədləri aşağıdakılardır:
1.1.1. Gənclər arasında “Rəqəmsal maliyyə xidmətləri: müasir trendlər və çağırışlar” mövzusunda yayımlanmış (dərc edilmiş və ya paylaşılmış) məzmunun (elektron və ya çap formatda) hazırlanmasını təşviq etmək;
1.1.2. Müasir rəqəmsal maliyyə xidmətlərinin fayda və üstünlüklərinə gənclərin diqqətini yönləndirməklə dolayısı ilə ictimaiyyətin nağdsız ödənişlərə olan marağını artırmaq;
1.1.3. Hədəf qrupların bu xidmətlərlə bağlı maarifləndirilməsinin yeni və effektiv yollarını müəyyən etmək. II.
MÜSABİQƏNİN TƏŞKİLİ
2.1. Müsabiqə Azərbaycan Respublikası Mərkəzi Bankı və Dünya Bankı Qrupu, Beynəlxalq Maliyyə Korporasiyasının Elektron və Rəqəmsal Maliyyə Xidmətləri (ERMX) layihəsi tərəfindən birgə həyata keçirilir. ERMX layihəsi İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) tərəfindən maliyyələşdirilir.
2.2. Müsabiqəyə təqdim olunan işlər təşkilatçı qurumların nümayəndələrindən ibarət ekspert qrupu tərəfindən qiymətləndirilir.
III. MÜSABİQƏNİN MƏZMUNU
3.1. Müsabiqə bir istiqamət üzrə həyata keçirilir:
3.1.1. “Rəqəmsal maliyyə xidmətləri: müasir trendlər və çağırışlar” mövzusunda hazırlanmış və yayımlanmış (dərc edilmiş və ya paylaşılmış) ən yaxşı məzmun nominasiyası.
3.2. Təqdim olunacaq işlər məzmun etibarı ilə aşağıdakı istiqamətlərdən ən azı birini əhatə etməlidir:
3.2.1. Nağdsız ödəniş alətləri və vasitələri;
3.2.2. Elektron bankçılıq (internet, PC, mobil, terminal və telefon) xidmətləri;
3.2.3. Nağdsız ödənişlərin həcminin artırılmasının ölkə iqtisadiyyatında rolu və əhəmiyyəti;
3.2.4. Nağdsız ödənişlərin həcminin artırılması yolları;
3.2.5. Ödəniş kartlarından istifadə imkanları;
3.2.6. Rəqəmsal maliyyə xidmətləri sahəsində son trendlər və çağırışlar;
3.2.7. Rəqəmsal maliyyə xidmətləri üzrə xarakterik risklər;
3.2.8. Bank olmayan ödəniş xidməti təchizatçıları (ödəniş təşkilatları, elektron pul təşkilatları) tərəfindən göstərilən rəqəmsal maliyyə xidmətləri.
IV. MÜSABİQƏNİN İŞTİRAKÇILARI
4.1. Müsabiqədə respublikanın bütün şəhər və rayonları üzrə 18-25 yaş qrupuna daxil olan gənclər iştirak edə bilərlər.
V. İŞLƏRİN MÜSABİQƏYƏ TƏQDİM EDİLMƏSİ VƏ QOYULAN TƏLƏBLƏR
5.1. Müsabiqəyə hər bir iştirakçı tərəfindən yalnız bir yayımlanmış (dərc edilmiş və ya paylaşılmış) məzmun qəbul olunur. Yayımlanmış dedikdə hər hansı kütləvi informasiya vasitələrində (qəzet, jurnal, televiziya, radio və s.), veb-səhifələrdə, bloqlarda, YouTube-da, sosial mediada (Facebook, Twitter, LinkedIn və s.) və digər platformalarda oxunmaq, izlənmək üçün açıq şəkildə yerləşdirilmiş məzmun nəzərdə tutulur.
5.2. Müsabiqəyə təqdim ediləcək işlər orijinal olmalı, plagiatçılığa yol verilməməlidir.
5.3. Müsabiqəyə təqdim ediləcək işlər yalnız Azərbaycan dilində olmalıdır.
5.4. Müsabiqəyə təqdim ediləcək işlər aşağıdakı formatda ola bilər:
5.4.1. Word, PowerPoint və ya PDF;
5.4.2. Videoçarx, səs yazısı və ya animasiya;
5.4.3. İnfoqrafika;
5.4.4. Veb 2.0 texnologiyalarından istifadə;
5.4.5. Bloq və ya sayt.
5.5. Təqdim olunacaq işlər formatdan asılı olaraq aşağıdakı tələblərə uyğun olmalıdır:
5.5.1. Word və ya PDF format (LinkedIn-də paylaşmaq mümkündür) – maksimum 2000 söz;
5.5.2. PowerPoint formatda – maksimum 10 slayd;
5.5.3. Videoçarx, səs yazısı və ya animasiya – maksimum 5-7 dəqiqə;
5.5.4. İnfoqrafika – maksimum 3 səhifə;
5.5.5. İşlər 30 mart 2018-ci il tarixinədək göndərilməlidir. Bunun üçün özünüz haqqında məlumatı aşağıdakı linkə http://bit.ly/2EQoVTc daxil etməklə resursu qoşma olaraq əlavə edin. Kağız formatda yayımlanmış məzmun daşıyıcısı bütöv formada (bütöv qəzet və ya jurnal) aşağıdakı ünvana çatdırılmalıdır: Azərbaycan Respublikasının Mərkəzi Bankı, R.Behbudov küç. 90., Bakı şəh., AZ1104, Azərbaycan Respublikası (Əlaqələndirici şəxs: Anar Babazadə – (012) 493 11 22, daxili 161).
2 VI. MÜSABİQƏNİN MÜDDƏTİ
6.1. İşlərin qəbulu – 30 mart 2018-ci il tarixinədək (saat 18:00-dan gec olmayaraq). Bütün işlər mütləq həmin dövrdə yayımlanmış olmalıdır.
VII. QİYMƏTLƏNDİRMƏ
7.1. Müsabiqəyə təqdim ediləcək işlər ekspert qrupu tərəfindən 0-5 ballıq şkala ilə qiymətləndirilir.
VIII. SEÇİM MEYARLARI
8.1. Ekspert qrupunun üzvləri təqdim olunacaq işləri aşağıdakı meyarlar əsasında qiymətləndirəcəklər:
8.1.1. Müsabiqə mövzusuna uyğunluq;
8.1.2. Aktuallıq və innovativlik;
8.1.3. Əhəmiyyətlilik, sistemlilik və aydın tərzdə tərtib olunma;
IX. QALİBLƏRİN MÜƏYYƏN EDİLMƏSİ VƏ MÜSABİQƏNİN YEKUNU
9.1. Ekspert qrupu tərəfindən I, II və III yerlər üzrə qaliblər müəyyən ediləcək.
9.2. Qaliblər müvafiq olaraq noutbuk, planşet, smartfonla mükafatlandırılacaqlar.
9.3. Müsabiqənin nəticələri Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsində (www.cbar.az), Maliyyə Savadlılığı Portalında (www.bizimpullar.az) və Maliyyə Savadlılığının Facebook səhifəsində (@bizimpullar) yerləşdiriləcək.