Bakı metropoliteninin stansiyalarına daxil olan qatarlarda səsləndirilən musiqi parçaları artıq bütün yeraltı stansiyalarda səsləndirilir.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən ONN media-ya verilən məlumata görə, "Cəfər Cabbarlı" və "Xətai", həmçinin yerüstü "Bakmil", eləcə də Bənövşəyi xəttin "Avtovağzal" və "Memar Əcəmi" stansiyalarında qatarlarda musiqi fraqmentləri səsləndirilmirdi.
Artıq bu məsələ həllini tapıb. Yerüstü "Bakmil" stansiyası istisna olmaqla, bütün stansiyalara daxil olan qatarlarda səsləndirilmək üçün milli musiqimizin tanınmış və ecazkar əsərlərindən parçalar seçilib.
Bənövşəyi xəttin "Avtovağzal" stansiyasında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arazbarı” simfonik muğamından, "Memar Əcəmi» stansiyasında isə Rauf Hacıyevin "Əhməd haradadır" filmində səsləndirilən məşhur “Leyla” mahnısından fraqmentlər qatarlarda səsləndirilir. "Cəfər Cabbarlı" və "Xətai" stansiyaları üçün Fikrət Əmirovun ölməz əsərlərindən parçalar seçilib. “1001 gecə” baletindən fraqment "Xətai»yə, “Azərbaycan kapriççosu”ndan bir parça isə "Cəfər Cabbarlı"ya daxil olan qatarlarda eşidilir.
Eyni zamanda, dörd stansiyanın hər birində musiqi parçaları ilə yanaşı, Azərbaycan və ingilis dillərində anonslar da səsləndirilir.



“Xocasən” stansiyası nə vaxt istifadəyə veriləcək?
Bakı metrosunun 3 stansiya rəisi vəzifəsindən azad edildi
Metronun bütün stansiyalarının rəisləri dəyişdi
Bu metrostansiyalardan istifadə edənlərin NƏZƏRİNƏ
Metronun bu stansiyaları 23:30-da bağlanacaq
"8 Noyabr" metro stansiyasından YENİ XƏBƏR - FOTO
Bakı metrosunun yerüstü stansiyası bu tarixdə istifadəyə veriləcək
Bakı metropoliteni uşaqlar günü ilə bağlı layihə həyata keçirir
Bu ərazidə yeni metro stansiyası açılacaq
Bu metro stansiyası bağlanır - DİQQƏT
Maşinist vaqonların arasına yıxıldı və...- METRODA DƏHŞƏT
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 