ONN media xəbər verir ki, Azərbaycanda işaxtaran və işsiz şəxslərin müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınması qaydası dəyişdirilir.
Bu barədə məsələ bu gün Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclasında müzakirə edilən yeni hazırlanan "Məşğulluq haqqında” qanun layihəsində əks olunub.
Qanun layihəsinin komitənin iclasında müzakirəsi zaman əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev bildirib ki, ümumiyyətlə, qeydiyyata alınma prosedurunun elektron qeydiyyat üzərində həyata keçirilməsi nəzərdə tutulur.
Onun sözlərinə görə, ilk dəfə olaraq iş axtaran və işsiz şəxslərə əvvəlcə vakansiya bankından münasib işin onlar tərəfindən seçilməsi hüququ verilir: "Onlar bu hüquqdan istifadə etmədikdə isə sistem tərəfindən bu edilir. Münasib iş təklifi üzrə müddət isə 11 gündən 5 günə endirilir. Layihədə aktiv məşğulluq tədbirlərindən biri hesab olunan və hazırda tətbiqinə önəm verilən özünəməşğulluğa dair yeni maddə daxil edilib. Çünki hazırda qanunda bu tədbiri tənzimləyən müvafiq maddə yoxdur”.
Nazir müavini bildirib ki, yeni maddə ilə özünəməşğulluq tədbirlərinin mərhələləri və müddətləri monitorinq, əmlakların qaytarılması və s. prosedurlar müəyyən edilib: "Layihəyə əsasən, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub digər məşğulluğu olmayan şəxslər də, müvafiq şəxslərin ümumi sayının 50 faizindən çox olmamaq şərtilə, özünəməşğulluğa cəlb edilirlər”.
İ.İsayev qeyd edib ki, layihədə işaxtaran və işsiz şəxslərin sosial təminatlarında əlavələr edilib, peşə hazırlığı aldığı dövrdə işsiz şəxsə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi minimum aylıq əməkhaqqı məbləğində təqaüd veriləcəyi nəzərdə tutulub. O qeyd edib ki, bu məbləğ hazırki məbləğdən (75 manat) 1.7 dəfə çoxdur.
Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.



Aztəminatlı ailələrə ŞAD XƏBƏR
DİQQƏT! Vətəndaşlara seçim imkanı verildi: İş və pul təklif olundu
Bəzi şəxslərin 190 manat ala bilməməsinin SƏBƏBİ AÇIQLANDI
Bu şəxslərə işsiz olduğu üçün 250 AZN təqaüd təyin olunur
İşsizlər və iş axtaranlar üçün MÜHÜM XƏBƏR - Gələn aydan...
İşsizlər evdən çıxmadan bu üsulla qeydiyyata düşə bilər — RƏSMi
İşsizlərin nəzərinə! Boş iş yerləri açıqlandı - 5000 AZN maaş
Əli Əsədovdan məşğulluqla bağlı YENİ QƏRAR
Nazirlik yardımla bağlı müraciəti sadələşdirdi
12 min ailəyə ŞAD XƏBƏR
Nazirlik işəgötürənlərə müraciət etdi
İşsizlikdən sığorta ödənişinin təyinatı ilə bağlı YENİLİK
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 