ONN media xəbər verir ki, mayın 2-də AMEA-nın Rəyasət Heyəti aparatının Beynəlxalq Əlaqələr İdarəsinin təşkilatçılığı ilə "Clarivate Analytics (Thomson Reuters)" agentliyi tərəfindən Akademiyanın elmi müəssisələrinin əməkdaşları üçün iki günlük seminara start verilib.
Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev açıb. Natiq iki qurum arasında mövcud əməkdaşlıqdan danışıb, agentliyin Web of Science məlumat bazasının ölkəmiz üzrə istifadəçilərinin sayının artdığını qeyd edib. Yüksək indeksli nəşrləri özündə birləşdirən etibarlı baza kimi Web of Science məlumat platformasından istifadənin əhəmiyyətindən danışan D.Tağıyev seminarın vacibliyini vurğulayıb.
Seminarda Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direk-toru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elçin Babayev, "Clarivate Analytics" agentliyinin Azərbaycan üzrə nümayəndəsi və elmi-informasiya resursları üzrə eksperti Aygün Babazadə çıxş ediblər.
Daha sonra Ukrayna Milli Elmlər Akademiyasının Molekulyar Biologiya və Genetika İnstitutunun baş elmi işçisi, "Biopolymers and Cell" jurnalının redaksiya heyətinin rəhbəri İrina Tixonkova təqdimatla çıxış edib.
Tədbirin ilk günündə "Tədqiqatçının və elmi müəssisənin nəşr strategiyası" mövzusunda məruzə dinlənilib. Ukraynalı mütəxəssis Academic İntegiry (Akademik bütovlük) – yırtıcı jurnallar və onlarla mübarizə üsulları; jurnalların seçilməsi və qiymətləndirilməsi üzrə praktik tövsiyələr, nəşriyyat xərcləri, əlyazmanın tərtibatı, tədqiqatçı və elmi təşkilatın nailiyyətlərinin davamlı təqdimatı; tədqiqat və nəşr dövriyyəsinin əsas mərhələləri, müəllifin, rəyçinin və redaktorun hər bir mərhələdə rolu; nəşriyyat prosesində müəlliflərin ən çox yol verdiyi səhvlər və s. haqqında danışıb.
Seminarın ikinci günündə İrina Tixonkovanın "Müasir Elmi jurnallar: atributlar, göstəricilər, məqsəd və perspektivlər" adlı məruzəsi təqdim ediləcək. Alim elmi jurnalların yoxlanılması, keyfiyyət və səviyyələrinin qaldırılması istiqamətində praktik tövsiyələr. Web of Science bazasına daxil olmaq üçün jurnallar qarşısında qoyulmuş şərtlər və meyarlar; elmi jurnalların əsas elmi və texniki göstəricilərinin təsnifatı (redaktorlar şurası, müəllif, rəyçilər, veb-səhifə, ISSN, doi, elmi bazalarda indeksasiya); elmi jurnalların biznes modelləri haqqında məlumar verəcək.
[inpost_fancy thumb_width="200" thumb_height="200" post_id="33921" thumb_margin_left="0" thumb_margin_bottom="0" thumb_border_radius="2" thumb_shadow="0 1px 4px rgba(0, 0, 0, 0.2)" id="" random="0" group="0" border="" show_in_popup="0" album_cover="" album_cover_width="200" album_cover_height="200" popup_width="800" popup_max_height="600" popup_title="Gallery" type="fancy"][/inpost_fancy]



AMEA-nın gənc aliminin adı dünyada yüksək istinad almış alimlərin siyahısında yer alıb
Ramiz Mehdiyev mühüm SƏRƏNCAM İMZALADI - Yeni komissiya yaradıldı
AMEA-da bəzi kadr təyinatları oldu
AMEA-nın prezidenti Bolqarıstanlı həmkarı ilə görüşüb
AMEA-nın prezidenti akademiyanın gənc alim və mütəxəssisləri ilə görüşüb
Rasim Əliquliyev AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru seçildi
Ramiz Mehdiyev ona YÜKSƏK VƏZİFƏ verdi
"Gənc qadınlar elmdə" müsabiqəsinin nəticələri açıqlanıb
AMEA-da Rəyasət Heyətinin növbəti iclası keçirilib
Ramiz Mehdiyev 4 strukturu LƏĞV ETDİ
AMEA-da iki vacib təyinat
Yeni rektor kollektivə təqdim olundu
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 