ONN media xəbər verir ki, AMEA-nın akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Aşqarların sintezi və təsir mexanizminin nəzəri əsasları laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Əfsun Sucayev “Clarivate Analytics” (Thomson Reuters) və Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun “Web of Science Awards 2018” birgə mükafatına layiq görülüb. Alim bu yüksək mükafatı “Web of Science”də yüksək istinad almış iki məqalənin müəllifi nominasiyasına görə qazanıb.
Məlumat üçün bildirək ki, bu günlərdə “Clarivate Analytics” şirkəti 2018-ci ildə ən çox istinad olunan alimlərin (Highly Cited Researchers) reytinq cədvəlini dərc edib. Clarivate Analytics – elmmetrik analiz üzrə dünya lideridir. Şirkət beşinci dəfədir ki, “Web of Science” məlumatlar bazasına əsaslanaraq ən nüfuzlu alimlərin siyahısını dərc edir. Öz sahəsində ötən ildə ən çox istinad olunan alimlərin 1%-i bu siyahıya daxil edilir. Bu il təbiət və humanitar elmlərin 21 sahəsində çalışan 4058 alim reytinqə daxil olub. Onların sırasında Azərbaycandan Ə.Sucayevin də adı yer alır.
Bu münasibətlə Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə “Clarivate Analytics” arasında əməkdaşlığın yeni mərhələsinə və “Clarivate Analytics” ilə Elmin İnkişafı Fondunun “Web of Science Azerbaijan-2018” birgə mükafatlarının təqdim edilməsinə həsr olunmuş tədbirdə gənc alim Ə.Sucayevə diplomu “Clarivate Analytics” şirkətinin konsorsium inkişafı üzrə qlobal direktoru İzabel Reis təqdim edib.



"Clarivate Analytics" agentliyinin AMEA-da növbəti seminarı
AMEA-nın prezidenti akademiyanın gənc alim və mütəxəssisləri ilə görüşüb
20 Yanvar günündə acı təsadüf- İnanılmaz
"Gənc qadınlar elmdə" müsabiqəsinin nəticələri açıqlanıb
Ramiz Mehdiyevə daha bir vəzifə verildi
AMEA-nın Adlı mükafatları təqdim olunub
Möhsün Nağısoylunu o əvəz edəcək
İlham Əliyev 80 yaşlı akademiki təltif etdi
AMEA-da Rəyasət Heyətinin növbəti iclası keçirilib
Rasim Əliquliyev AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru seçildi
Bu alimlər mükafatlandırıldı - Siyahı
Azərbaycanda yeni institut YARADILIR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 