Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov vəzifəsindən uzaqlaşdırılıb.
ONN media xəbər verir ki, buna səbəb kimi Agentlikdə baş verən son hadisələr göstərilir. Belə ki, Prezident İlham Əliyev ötən gün işində yol verdiyi nöqsanlara görə Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyevə şiddətli töhmət elan edib.
İddialara görə, Turizm Agentliyində Azərbaycana qarşı daim düşmənçilik mövqeyi bəsləyən “Transparency International” təşkilatında işləmiş və ya bu təşkilatla əməkdaşlıq edən şəxslər müəyyən edilib.
Qeyd edək ki, Kənan Qasımov 2009-2014-cü illərdə “Transparency International/Azerbaijan” təşkilatında müxtəlif vəzifələrdə çalışıb. O, 2015-ci ilin may-sentyabr aylarında BMT Baş katibinin Gənclər üzrə səfirinin ofisində fəaliyyət göstərib.
2017-ci ilin fevral ayından 2018-ci ilin aprel ayına kimi Milli Turizm Təbliğat Bürosunda Monitorinq və Keyfiyyətə nəzarət şöbəsinin müdiri vəzifəsində işləyib. 2018-ci ilin oktyabrından Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin Aparat rəhbəri vəzifəsində çalışıb.
ABŞ Dövlət Departamentinin "Fulbright" və "Edmund S.Muskie" Təqaüd Proqramlarının, eləcə də "Arden J.Elsasser Memorial Award" mükafatının qalibidir



Prezident Fuad Nağıyevə şiddətli töhmət verd
Prezidentin vəzifə verdiyi xanım kimdir? - DOSYE
Yeni nazir müavini kimdir? - DOSYE
Azərbaycanda turizm polisi yaradılacaq
İlham Əliyev sərəncam imzaladı
DTX tərəfindən saxlanılan nazir müavini kimdir? - DOSYE
İki şəhərdə yeni turizm qurumları yaradılacaq
Azərbaycanda YÜKSƏK VƏZİFƏLİ ŞƏXS koronavirusdan öldü
Prezident yeni idarənin yaradılması ilə bağlı fərman imzaladı
Azərbaycan 3 milyonuncu qonağını gözləyir
Prezidentin yüksək vəzifə verdiyi Vüqar Süleymanov kimdir? - DOSYE
YAP Gənclər Birliyinin yeni sədri kimdir? – DOSYE
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 