Bakı Şəhər DYP İdarəsi tərəfindən piyadaların iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması və qəzaların sayının minimuma endirilməsi istiqamətində mütəmadi olaraq nəzarət-profilaktiki tədbirlər həyata keçirilir. Piyada qəzalarının baş verməsinə səbəb olan amillərdən biri də nəqliyyat vasitələrinin səkilərdə park edilməsidir.
Bakı Şəhər DYP İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli bildirib. aparılan müşahidələr deməyə əsas verir ki, dəfələrlə edilən xəbərdarlıqlara və həyata keçirilən inzibati tənbeh tədbirlərinə baxmayaraq bəzi sürücülər yenə də nəqliyyat vasitələrini piyadaların rahat və təhlükəsiz hərəkəti üçün nəzərdə tutulan səkilərdə park edirlər.
"Nəzərə almaq lazımdır ki, belə olduğu təqdirdə piyadalar avtomobil yolunda hərəkət etmək məcburiyyətində qalırlar və bu da öz növbəsində piyadaların iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinə real zəmin yaradır.
Mövcud qanunvericiliyin tələbinə əsasən səkilərdə nəqliyyat vasitələrinin dayanması və durması qadağandır və qayda pozuntusu aşkar edildiyi halda sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsinə əsasən 2 cərimə balı və 60 manat məbləğində cərimə tətbiq ediləcəkdir.
Odur ki, sürücülərdən dayanma və durma qaydalarına ciddi şəkildə riayət etmələrini və yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadalara maneə yaratmamalarını xahiş edirik",-deyə T.Nəsirli əlavə edib.



Maşınını səkidə saxlayan sürücülərə xəbərdarlıq
DİN-dən bunu edən sürücülərə MÜRACİƏT
Yol polisi piyadalara müraciət etdi
DYP sürücülərə müraciət etdi
Bütün sürücülərə XƏBƏRDARLIQ EDİLDİ
Gəncədə yol polisi reyd keçirdi
DİN piyada və sürücülərə müraciət etdi
DYP bu piyadalarla bağlı məlumat yaydı
Bilgəhlilər yolu bağladı: hansı tədbir görüləcək?
Yol polisi karantin rejimi ilə bağlı daha bir çağırış etdi
Yol polisindən sürücülərə VACİB XƏBƏRDARLIQ
Piyadalara ŞAD XƏBƏR
Azərbaycanda yumurta kəskin UCUZLAŞDI - SƏBƏBİ açıqlandı
Nazirlər Kabinetindən enerji balansı ilə bağlı QƏRAR
Bakıda təhlükə yaradan xətlənmə: Kiçik yanlışlıq ağır nəticəyə səbəb ola bilər
Növbəti 3 gün güclü külək əsəcək
Flora Kərimovanın səhhəti ilə bağlı açıqlama
Temperatur 39 dərəcəyə yüksələcək
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edildi
Hərbçilərə şad xəbər: Maaş artımı gözlənilir
“Avroviziya” qalibi Bakıya gəlməkdən imtina etdi
Milli Məclisin növbəti iclası başladı
Arıqlamaq istəyənlər üçün daha bir təbii yol
Pensiya alanlara şad xəbər
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Həftəsonu 365 nəfər təkrar imtahan verəcək
Xankəndiyə növbəti köç karvanı yola salındı 