Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) Yaxın Şərqdə qərar vermə prosesində qadınların gücləndirilməsi ilə bağlı həyata keçirdiyi layihə çərçivəsində yerli özünüidarəetmə fəaliyyəti və bu sahədə qadınların iştirakına dair Azərbaycanın təcrübəsi ilə tanış olmaq məqsədilə ölkəmizdə səfərdə olan Fələstin Dövlətinin Yerli Hökumət nazirinin müavini Məhəmməd Əl-Cabarinin başçılıq etdiyi nümayəndə heyəti ilə iyunun 29-da ədliyyə nazirinin müavini Vilayət Zahirovun görüşü olub.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən ONN media -ya verilən məlumata görə, görüşdə Azərbaycan və Fələstin arasında münasibətlərin səviyyəsindən məmnunluq ifadə olunub, bu əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu bildirilib, hər iki ölkədə yerli hökumətin inkişafı, bələdiyyə institutlarının fəaliyyəti, qadınların bələdiyyə idarəçiliyində iştirakı barədə faydalı fikir və təcrübə mübadiləsi aparılıb.
Nazir müavini V.Zahirov ölkəmizdə bələdiyyə institutunun formalaşdırılması və inkişafı istiqamətində mühüm addımların atıldığını, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yerli özünüidarəetmə sahəsində aparılan qanunvericilik və institusional islahatlar nəticəsində bələdiyyələrin fəaliyyətinin təkmilləşdiyini, bələdiyyə assosiasiyalarının yaradıldığını, bələdiyyələrdə qadınların təmsilçiliyini, onların yerli əhəmiyyətli məsələlərin həllində iştirakını vurğulayıb, bu sahədə GİZ ilə əməkdaşlığı qeyd edib.
Həmçinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsində, onlara metodiki yardımın göstərilməsində, bələdiyyə nümayəndələrinin maarifləndirilməsində Ədliyyə Nazirliyinin fəaliyyəti barədə qonaqlara geniş məlumat verilib.
Azərbaycana ilk dəfə səfər etmələrindən məmnunluğunu ifadə edən qonaqlar ölkəmizin iqtisadi, mədəni və infrastruktur baxımından inkişafının şahidi olduqlarını söyləyib, yerli özünüidarə sahəsində Azərbaycanın təcrübəsinin öyrənilməsində maraqlı olquqlarını qeyd ediblər. Məhəmməd Əl-Cabarin Fələstində bələdiyyə institutunun fəaliyyətindən, qadınların bu sahədə aktiv iştirakının təmin olunmasından bəhs edib, ölkələrimiz arasında əlaqələrin genişləndirilməsinə hazır olduğunu vurğulayıb.
Söhbət zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında faydalı fikir və təcrübə mübadiləsi aparılıb.
Tədbirdə Fələstin Dövlətinin ölkəmizdəki səfiri Nasir Əbdülkərim Əbdürrəhman iştirak edib.
Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olublar.



Azərbaycan və Türkiyə hüquqi sahədə səmərəli əməkdaşlıq edir
Ədliyyə Nazirliyində bu məqsədlə görüş keçirilib
Belarus Vəkillər Kollegiyasının sədri ilə Ədliyyə Nazirliyində görüş
Azərbaycan və Latviya Ədliyyə nazirlikləri səmərəli əməkdaşlıq edir
Azərbaycan və Latviya arasında hüquqi əməkdaşlıq genişlənir
Nazir bir sıra beynəlxalq görüşlər keçirdi
Azərbaycan-Yaponiya əlaqələri genişlənir
Azərbaycan və Belarus Ədliyyə nazirlikləri səmərəli əməkdaşlıq edir
Notariat sahəsində islahatlara beynəlxalq maraq artır
Zelenski Azərbaycana gələcək
YAP-dan seçkilərlə bağlı MSK-ya MÜRACİƏT
Azərbaycan və Latviya arasında hüquqi əlaqələr inkişaf edir
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 