İyulun 1-15-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.
ONN media xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 181 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 32 müddətli “məcburi göstəriş” verilib.
Ümumilikdə, 30 iş üzrə 23650 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 13 iş üzrə 12409,93 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 135 iş üzrə 33831,55 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 17, icra qurumlarına 12, məhkəmələrə 6 iş göndərilib.



Ekologiyanı pozanlar cərimələndi
Məişət tullantılarını yandıran şəxs cərimələnib
Vəzifəli şəxsi iki min manat cərimələndi
Məşhur istirahət mərkəzlərində BƏRBAT GÖRÜNTÜ - FOTO
Bu obyekt sahibləri cəzalandırılıb
Bu istirahət mərkəzləri Xəzəri çirkləndirir
Qanunları pozanlar cərimə olunub
Goranboyda qanunsuz ağac kəsilib
Bu obyektlər cərimələndi
Ölü toyuqları Sumqayıt çayına atan şəxs cəzalandırıldı
İdarə işçiləri 2100 manat cərimələndi - SƏBƏB
Polis vəzifəli şəxsi cərimələdi - 3 MİN MANAT
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 