“Jurnalistlərin konstitusion hüquqlarını əlindən almaq olmaz. Onlara nəinki digər sahələrdə, eyni zamanda ordudakı problemləri araşdırmaq imkanı verilsin”.
ONN media xəbər verir ki, bunu millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən iclasında “Silahlı Qüvvələr haqqında” Qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, jurnalistlərə orduda baş verən problemlərin araşdırılmasına imkan verilmir ki, guya bunlar sirrdir və düşmən tərəf bundan xəbər tuta bilər: “Mən isə əksinə hesab edirəm ki, ordudakı problemlərdən cəmiyyət xəbərdar olmayanda bu daha ciddi fəsadlara yol açır. Nəinki, onu gizlətməklə. Düzdür, mən ordu və dövlət sirrini istisna edirəm. Ona görə də jurnalistlərə şərait yaradılmalıdır ki, onlar əsgər və zabitlərlə təmas qura bilsin, oradakı problemlərdən yazsınlar”.
Q.Həsənquliyev eyni zamanda, Milli Məclisdə müzakirələr zamanı deputatların verdiyi təkliflərin nəzərə alınmamasından gileyləndi. O bildirib ki, məsələn Rusiyada büdcə müzakirələri zamanı deputatların 540 təklifi nəzərə alınıb və bunun nəticəsində 3 trilyon rublluq büdcənin bir trilyonu həmin təkliflər əsasında yenidən bölüşdürülüb: “Bizdə isə belə hallara çox az rast gəlirik”.



Milli Məclisdə pensiya yaşı ilə bağlı VACİB TƏKLİF
Qarabağda və Zəngəzurda kazinolar açılsın - Deputatdan TƏKLİF
Bu şəxslərə 10 min manat maaş veriləcək?
Qüdrət Həsənquliyev: "Azərbaycanda ingilisdilli telekanalın açılmasına ehtiyac var"
Jurnalistlər vəsiqə almaq üçün test versin - Deputatdan TƏKLİF
Bu mənzillərin satışı qadağan edilsin - Millət vəkilindən TƏKLİF
Prezidentliyə namizəd Qüdrət Həsənquliyev səs verib
Azərbaycan Əfqanıstandan çıxmalıdır - Deputat
Polislərin maaşı 2 dəfə artırılsın - Deputat
Qüdrət Həsənquliyev: “Azərbaycan vətəndaşlarının Avropaya vizasız səfərini gündəmə gətirməliyik”
10 yaşadək uşaqlara müavinət verilsin - Millət vəkili
Vahabzadə rus xalqından üzr istəsin – Millət vəkili
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 