Hakimiyyətə gələməyinin 100 günü tamam olan Ermənistanın Baş naziri Nikol Paşinyan bu müddət ərzində uğurlu ola bilmədi.
ONN media OLAYLAR-a istinadla xəbər verir ki, bunu politoloq Ramiyə Məmmədova deyib.
Politoloqun sözlərinə görə, Paçinyanın hakimiyyətə gələr-gəlməz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi sərt bəyanatlar bölgədə vəziyyəti gərginləşdirdi:
"Digər yandan, Qərbə meyillənən yeni baş nazir Rusiya ilə də münasibətləri də gərginləşdirdi. Kremlə yaxınlığı ilə tanına keçmiş prezident Robert Köçəryan və KTMT-nin baş katibi Yuri Xaçaturovun həbs isə münasibətlərə ən ağır zərbəni vurdu. Üstəgəl, Paşinyanın hakimiyyətə gəlməsi Ermənistanda hökm sürən iqtisadi böhranı bir qədər də dərinləşdirdi. Bu fonda da, onun Ermənistanı siyasi qarşıdurmaya sürüklədiyini deyə bilərik.
Lakin buna baxmayaraq , Paşinyanın daxili reytinqi hələ ki yüksəkdir. Ermənilər ona inanırlar və ölkələrini bu çətin vəziyyətdən çıxaracağına böyük ümid bəsləyirlər. Ancaq onun iqtisadi islahatlar həyata keçirmək üçün resursları məhduddur, əngəllər isə çoxdur. O, ilk növbədə Rusiya ilə əlaqələri yoluna qoymaq istəyir ki, daxildə sabitlik yarada bilsin. Əgər Paşinyan parlament seçkilərinə qədər Rusiyanın dəstəyini təmin edə bilməsə, böyük və güclü müxalifətlə üz-üzə qalacaq ki, bu da onun hakimiyyətinə son qoya bilər".
Ramiyə Məmmədova bildirib ki, Rusiya Ermənistanın nəinki daxili, həm də xarici siyasətini müəyyən edən və ona yardım edə biləcək yeganə dövlətdir:
"Ermənistan hər nə qədər, NATO və Avropa İttifaqına yönəlsə də, Rusiyanın bu yaxınlaşmanı dayandıracaq kifayət qədər siyasi və hərbi təzyiq vasitələri var. Əslində, Paşinyanın anti-Rusiya siyasəti Azərbaycanın lehinə ola bilər. Digər yandan isə Cənubi Qafqazın əsas gücü kimi Azərbaycanla əməkdaşlıq etmək Rusiyanın da maraqlarına uyğundur. Azərbaycan prezidentinin Rusiya səfəri və Xəzərin hüquqi statusuna dair konvensiyanın imzalanması da bunu sübut edir.
Digər yandan da, Rusiya indi Ermənistanla bütün hərbi-siyasi və hərbi-texniki əməkdaşlığı dayandırıb. Bunun da Dağlıq Qarabağ münaqişəsinin obyektiv həllinə təkan verəcəyinə ümid edirik. Azərbaycanın geosiyasi proseslər fonunda Ermənistandan irəlidə olması da, mövcud şəraidə xeyrimizə işləyən əsas amillərdən biridir".



“Paşinyandan sonrakı Ermənistan başçısı…” – Qərbin SENSASİON PLANI
Dağlıq Qarabağ Ermənistandırsa, onda Ermənistan da... - Politoloq
Paşinyanın oğlunu ön cəbhəyə göndərməyinin SİRRİ
Paşinyanın nüfuzu darmadağın olur- GƏRGİNLİK
Paşinyan BU TARİXDƏ BAKIYA GƏLMƏLİ İMİŞ VƏ... - Ermənistandan SENSASİON ETİRAFLAR
Paşinyandan xalqa müraciət: Ermənistan Qarabağın əvəzinə...
Rusiya kanallarında Paşinyanla bağlı biyabırçılıq
Paşinyanın reytinqi açıqlandı – Hər kəs ŞOK İÇƏRİSİNDƏ
Paşinyanın böyük oyunu nədir?
Rusiyadan SENSASİON QARABAĞ İDDİASI
ABŞ və Türkiyənin Qarabağ planı var?- SENSASİYA
Paşinyan buna görə Azərbaycana gələcək?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 