İnternetə qoşulmanın dövlət tərəfindən ciddi tənzimləndiyi Kubada sakinlərə smartfon vasitəsilə internetə daxil olmaq üçün icazə verilib.
ONN media xəbər verir ki, ilk olaraq dövlət mətbuat qurumlarında çalışan jurnalistlər bu imkana yiyələniblər.
Ada dövlətində internetə qoşulma uzun müddət məhdud olub. Yaxın vaxtlaradək kubalılar yalnız dövlət tərəfindən nəzarət olunan saytlara daxil ola bilirdilər, internetə tam çıxış yalnız turistlər üçün mehmanxanalarda əlçatan idi. 2018-ci ilin aprelində Miqel Dias-Kanelin hakimiyyətə gəlişi ilə siyasət dəyişib. O, əvvəllər demişdi ki, azad internet kubalılara iqtisadiyyatı möhkəmləndirməyə və "inqilabı qorumağa" imkan verəcək.
Yerli bazarda inhisarçı olan "ETECSA" telekommunikasiya şirkəti bəzi müştərilərə, əsasən özəl firma və səfirliklərə ötən ilin dekabrında mobil planlar almaq üçün icazə verib. İlin sonunadək "ETECSA"nın bütün müştərilərinin (təxminən 5 milyon nəfər, yəni Kuba əhalisinin təxminən yarısı) mobil internetdən istifadəsi planlaşdırılır.
Bundan başqa, xidmətin qiymətinin baha olması kubalıları narahat edə bilər. "Wi-Fi" nöqtələrinə qoşulma qiyməti 1 saat üçün 1 dollardır, halbuki ölkədə orta əməkhaqqı təxminən 30 dollar təşkil edir.



İnternetə siyasətçilərin şəxsi məlumatları sızdı- Siyahıda kimlər var?
Azərbaycan əhalinin internetə çıxış imkanına görə MDB-də LİDERDİR
İnternet məhdudiyyəti aradan qaldırılacaq? — AÇIQLAMA
Dünyanın ən ucuz, ən bahalı və ən sürətli internetinə sahib ölkələr - SİYAHI
"Azercell"dən Novruza özəl kampaniya!
Turistlər üçün yeni imkan
“Google Chrome” artıq internetsiz də İŞLƏYƏCƏK
"Facebook"dan mühüm layihə
Prezident internetə qoyulan qadağanın nə vaxt bitəcəyini açıqladı
Xaricdən telefon gətirənlərə ŞAD XƏBƏR
Bağçalarla bağlı daha bir yenilik
Cib telefonlarını bu şəkildə partlatmaq mümkündür - Mütəxəssislər açıqladı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 