Xalq yazıçısı, akademik Kamal Abdullanın 75 illiyi münasibətilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yazıçının yaradıcılıq hesabatı keçirilib.
ONN media xəbər verir ki, tədbiri Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov açıb: “Biz Bakıdakı 190 nömrəli məktəbdə birgə oxumuşuq. Kamal Abdullanın ilk pyeslərindən biri “Casus” məhz bu səhnədə nümayiş edildi. Kifayət qədər gözəl pyes idi. Həmin tamaşadan sonra da Kamal Abdulla yazdı, yaratdı, sevildi. Sonralar onun Akademik Milli Dram Teatrının səhnəsində “Bir, iki, bizimki” tamaşası nümayiş edilmişdi. Bu yaxınlarda Kamal Abdullaya həsr edilmiş tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri həmin pyesi oynadılar və mən bu pyesin fəlsəfəsini, düşüncəsini, mistikasını yenidən fikirləşdim”.
Daha sonra Mədəniyyət Nazirliyinin Kamal Abdullaya ünvanladığı təbrik məktubu səsləndirilib.
Dünya Azərbaycan Alimlər Birliyinin sədri Məsud Əfəndiyev qeyd edib ki, Kamal Abdulla böyük yazıçı olmaqla yanaşı, həm də böyük alim, elm xadimidir: “Bu yaxınlarında onun dünyanın ən nüfuzlu nəşriyyatlarından birində ingilis dilində görkəmli alim Rafiq Əliyevlə birgə yazdığı “Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” kitabı çap olunub. Buna görə də ona böyük təbrik düşür”.
Professor, teatrşünas Məryəm Əlizadə bildirib ki, Kamal Abdulla təkcə dilçiliyin yox, ümumilikdə humanitar sahənin nəhəng simasıdır: “Kamal Abdullanı oxuyanda görürəm ki, mən bu dili tam bilmirəm. O, Azərbaycan dilinin potensialını üzə çıxarır, dilin çox dərin qatlarına nüfuz edir. Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı Azərbaycan ədəbiyyatında bir dönüş oldu. O, milli ədəbiyyatımıza postmodernizmi gətirdi”.
Xalq artisti Nurəddin Mehdixanlı Kamal Abdullanın müəllifi olduğu şeiri səsləndirib.
Müğənnilər Zabitə Əliyeva və İlkin Dövlətovun ifasında sözləri Kamal Abdullaya, musiqisi Aygün Səmədzadəyə məxsus olan “Gizlətmək çətin” mahnısı səsləndirilib.
Daha sonra Xalq yazıçısının eyniadlı romanı əsasında səhnləşdirilən, Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluş verdiyi “Sehrbazlar dərəsi” tamaşası nümayiş edilib.
Xalq yazıçısı Kamal Abdullanın 75 illiyi qeyd olundu



Akademik Milli Dram Teatrında yeni səhnə əsərinin premyerası keçiriləcək
Kamal Abdulla təltif olundu
“Bir, iki – bizimki!” tamaşası təqdim olunub
Xalq artisti vəfat etdi
3 may Kamal Xudaverdiyevin doğulduğu gündür
Bu gün Kamal Xudaverdiyevin doğum günüdür
Xalq artisti Mustafa Mərdanovun 125 illik yubileyi qeyd olundu
Vaqif Səmədoğlunun xatirəsi anılacaq
Milli Dram Teatrı mövsümü bu tamaşası ilə yekunlaşdıracaq
Mədəniyyət naziri Akademik Milli Dram Teatrının yaradıcı heyəti ilə görüşdü
“Ölülər” beynəlxalq festivalda çıxış edəcək
Tələbələr kirayə pulundan azad edildi - ŞAD XƏBƏR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 