"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus təmir və yenidənqurma işlərinin aparıldığı Sabunçu stansiyasının ərazisindən 5 metr hündürlükdən gedən mis tərkibli rabitə xəttinin oğurlanması barədə Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə məlumat verilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən ONN media-ya verilən məlumata görə, Sabunçu Xətt Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən İmişli rayon sakini İbrahim Abbasov oğurladığı naqili metal qəbulu məntəqəsinə satmaq istəyən zaman saxlanılaraq məsuliyyətə cəlb edilib. Araşdırma zamanı onun stansiyaya məxsus 80 metr naqili oğurladığı məlum olub.
Qeyd olunan faktla bağlı Sabunçu Xətt Polis Şöbəsində təhqiqat araşdırmaları davam etdirilir. Gördüyünüz bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzinə, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə, eləcə də Sabunçu Xətt Polis Şöbəsinə müraciət edə bilərlər.



SON DƏQİQƏ: Dəmir yolu stansiyasında avtomatlı şəxs saxlanıldı
Bakıda azyaşlıya qarşı CİNAYƏT
DİN bu şəxslərlə bağlı əhaliyə müraciət etdi - DİQQƏT
Bakıda yeniyetmələr dəmir yolu dayanacağından oğurluq edib
Bakıda 90 min manatlıq OĞURLUQ - HƏBS EDİLƏNLƏR VAR
Polis əməkdaşlarının çevikliyi sayəsində...
Bakı-Sumqayıt qatarında uşaqlardan gözlənilməz hərəkət
Bir gecədə 12 maşını soydu – VİDEO
Vilayət Eyvazov polkovnik-leytenanta yüksək vəzifə verdi
Zabratda gözəllik salonundan oğuruq edən şəxslər saxlanılıblar - FOTO
Bakıda 3 qardaş tutuldu - QƏTL HADİSƏSİ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 