Azərbaycan Respublikası Prezidentinin 06 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”inin prioritetlərindən biri olan rəqəmsal bankçılığın genişləndirilməsi istiqamətində Mərkəzi Bank tərəfindən kompleks tədbirlər davamlı olaraq həyata keçirilməkdədir.
Mərkəzi Bankdan ONN media -ya verilən məlumata görə, Azərbaycan Respublikası Mərkəzi Bankında Blockchain əsaslı Rəqəmsal İdentifikasiya Sisteminin yaradılması və müvafiq ekspert xidmətinin cəlb edilməsi ilə bağlı dünyada bu sahədə qabaqcıl təcrübəyə malik olan IBM East Europe/Asia Ltd şirkəti ilə satınalma müqaviləsi bağlanmışdır. Müqavilə ilə müəyyən olunan fəaliyyət istiqamətlərini əhatə edən detallı fəaliyyət planı hazırlanmış və plan üzrə işlərin realizasiyasına start verilmişdir. Bu sahədə aparılan işlərin davamı olaraq, Mərkəzi Bankda icraçı IBM East Europe/Asia Ltd şirkətinin ekspertlərinin, bir sıra kredit təşkilatlarının, Maliyyə Bazarlarına Nəzarət Palatasının və əlaqədar dövlət qurumlarının iştirakı ilə 11-12 sentyabr 2018-ci il tarixlərində müvafiq görüşlər keçirilmişdir.
Görüşlər zamanı “Blockchain” texnologiyası və bu sahədə qabaqcıl təcrübələr ilə bağlı ümumi məlumat verilmiş, “Rəqəmsal hökumətin və elektron cəmiyyətin əsasını təşkil edən rəqəmsal identifikasiya”, “Rəqəmsal identifikasiyanın tətbiq sahələri”, “Öz müştərini tanı siyasəti” mövzularında müvafiq təqdimatlar nümayiş etdirilmiş və iştirakçı qurumlarla geniş fikir mübadiləsi aparılmışdır.
Layihənin müvəffəqiyyətlə tamamlanması və strateji olaraq digər istiqamətlər üzrə genişləndirilməsi ilə bağlı fəaliyyət əlaqədar təşkilatlarla davam etdiriləcəkdir.



Mərkəzi Bank Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödənişlərin istifadəsinin genişləndirilməsi istiqamətində tədbirlərə start vermişdir
Mərkəzi Bank keçirtdiyi müsabiqənin qaliblərini mükafatlandırdı
Mərkəzi Bank yeni nəzarət sistemi yaradır
Dollar almaq istəyənlərin NƏZƏRİNƏ!
Mərkəzi Bankda müəllimlər üçün təlim keçirilib
Mərkəzi Bank "Novruz xonçası" adlı maarifləndirici tədbir keçiri
Sürücülərin NƏZƏRİNƏ! Bundan sonra...
Mərkəzi Bankın beynəlxalq standarta uyğunluğu təsdiq edildi
Mərkəzi Bankın dəstəyi ilə keçirilən III Beynəlxalq Bankçılıq Forumu öz işinə başlamışdır
Mərkəzi Bank tərəfindən “Elektron bankçılıq” haqqında animasiya hazırlanmışdır
İlham Əliyevdən VACİB FƏRMAN
Mərkəzi Banka yeni təyin olunan müavin kimdir?
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 