ONN mediabildirir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı 12-18 mart 2018-ci il tarixlərində dünyanın 180-dən çox ölkəsində qeyd olunan Qlobal Pul Həftəsi münasibətilə uşaq və gənclər üçün müxtəlif tədbirlər təşkil etmişdir.
Bu məqsədlə, Azərbaydan Dövlət İqtisad Universitetinin bank işi üzrə magistr pilləsində təhsil alan bir qrup tələbəyə maarifləndirici seminar keçirilmişdir. Seminarda tələbələrə Mərkəzi Bankın iqtisadi maarifləndirmə çərçivəsində həyata keçirdiyi tədbirlər, maarifləndirici resurslar, həmçinin maliyyə savadlılığı portalı və virtual təhsil platforması, eləcə də milli pul nişanları, onların ekspertizası, pul nişanlarının saxtakarlığına qarşı mübarizə, nağdsız ödənişlərin üstünlükləri və milli ödəniş sistemləri ilə bağlı məlumatlar verilmişdir.
Eyni zamanda, 8-12 yaşlı uşaqlar üçün “Milli pul nişanları uşaqların dünyasında” adlı tədbir keçirilmiş və onların Azərbaycan Respublikası milli pul nişanlarını tanımalarını təşviq etmək üçün pul tarixi və pul nişanları barədə məlumatlar təqdim edilmişdir. Həmçinin bu tədbirdə məktəblilər milli manatımız haqqında şeir, tapmaca və hekayə söyləmiş, çəkdikləri rəsm və hazırladıqları digər resursları nümayiş etdirmişlər. Uşaqlara Mərkəzi Bankın mütəxəssisləri tərəfindən saxta pulları müəyyənləşdirməyin yolları göstərilmiş, eləcə də Mərkəzi Bankın Xəzinəsinə ekskursiya təşkil edilmişdir.



Mərkəzi Bankda tələbə-gənclər üçün təlimlər keçirildi
Mərkəzi Bank “Maliyyə savadlılığı ayı”na Gəncədə start verdi
Mərkəzi Bank "Novruz xonçası" adlı maarifləndirici tədbir keçiri
Heydər Əliyevlə bağlı pul nişanları satışda
Mərkəzi Bank tərəfindən “Təmassız ödəniş kartları” haqqında animasiya hazırlanmışdır
Mərkəzi Bankda “Elektron Xidmətlər Portalın”nın istismara verilməsi ilə bağlı təqdimat keçirilib
Mərkəzi Bankda media nümayəndələri üçün təlimlər keçirilmişdi
Mərkəzi Bankın yeni uğuru
Mərkəzi Bankda müəllimlər üçün təlim keçirilib
Mərkəzi Bankdan əhaliyə müraciət
Maliyyə savadlılığı portalında “Şəxsi pul vəsaitlərinin idarə olunması” animasiyası yerləşdirildi
Mərkəzi Bankdan 500 manatlıqlarla bağlı - Açıqlama
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 