Energetika Nazirliyində Avropa Enerji Cəmiyyətinin direktoru Yanez Kopaçla görüş keçirilib.
Energetika Nazirliyindən ONN media -ya verilən məlumata görə, görüşdə Avropa İttifaqının daxili enerji bazarının genişləndirilməsi məqsədilə 2006-cı ildə təsis edilmiş Enerji Cəmiyyətinin fəaliyyət istiqamətləri və Azərbaycanla əməkdaşlıq məsələləri müzakirə edilib. Enerji sahəsində Azərbaycanın Avropa İttifaqının strateji tərəfdaşı olduğunu vurğulayan energetika naziri Pərviz Şahbazov energetika sektorunda aparılan islahatların əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaratdığını diqqətə çatdırıb. Bildirilib ki, tənzimləyici qurumun yaradılması, elektrik enerjisi bazarının formalaşdırılması və enerji səmərəliliyinə nail olunması istiqamətində həyata keçirilən tədbirlərdə və yeni tələblərə uyğun qanunların hazırlanmasında beynəlxalq təşkilatların, xüsusilə “EU4Energy” Proqramı çərçivəsində Beynəlxalq Enerji Xartiyasının dəstəyi mühüm rol oynayır. Enerji Cəmiyyətinin bu istiqamətdə bir çox ölkələrdə əldə etdiyi təcrübəsini bölüşmək, ekspertlərin prosesə cəlbi faydalı olardı.
Yanez Kopaç təmsil etdiyi qurumun enerji sahəsində qanunvericilik və tənzimləmə, eləcə də enerji infrastrukturuna dair strateji layihələrlə bağlı həyata keçirdiyi tədbirlərdən ətraflı bəhs edərək, Energetika Nazirliyi ilə bu məsələlərdə əməkdaşlığa hazır olduğunu bildirib.



Azərbaycanın energetika naziri Vaşinqtonda bir sıra görüşlər keçirib
Energetika naziri isveçrəli iş adamlarını qəbul etdi
Energetika naziri Pərviz Şahbazov Macarıstanın xarici işlər və ticarət nazirini qəbul edib
Energetika Nazirliyində Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib
Energetika Nazirliyində bu məqsədlə seminar keçirilib
Energetika Nazirliyində növbəti görüş keçirilib
Pərviz Şahbazov ABŞ-a səfərə gedib
Avropa İnvestisiya Bankının vitse-prezidenti Energetika Nazirliyində olub - FOTO
Nazir Münhen Təhlükəsizlik Konfransında çıxış edib
Avropa Yenidənqurma və İnkişaf Bankı ilə energetika sektorunda islahatlara dəstək məsələsi müzakirə edilib
Energetika naziri Çexiyanın sənaye və ticarət naziri ilə görüşüb
Energetika naziri “Afrika İttifaqı Komissiyası”nın komissarı ilə görüşüb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 