Energetika Nazirliyinin mətbuat katibi Zəminə Əliyeva ONN media-ya bildirib ki, Energetika Nazirliyində energetika naziri Pərviz Şahbazovla Afrika İttifaqı Komissiyasının infrastruktur, enerji, İKT və turizm üzrə komissarı xanım Amani Abu-Zeydin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Təmsil etdiyi qurumun enerji sahəsində prioritetlərini açıqlayan komissar Afrika İttifaqı ölkələrində sənayeləşmənin inkişafında enerji ilə tam əhatə olunmanın vacibliyini qeyd edib. Bu məqsədlə Amani Abu-Zeyd Azərbaycanın enerji sektorunun bütün istiqamətləri üzrə əldə etdiyi təcrübə və əməkdaşlıq perspektivləri ilə maraqlanıb.
Energetika naziri Pərviz Şahbazov Azərbaycanın neft-qaz ölkəsi kimi keçdiyi yola diqqət yönəldərək, enerji sektorunun ölkə iqtisadiyyatının inkişafına verdiyi töhfələrdən danışıb. Beynəlxalq neft-qaz şirkətləri ilə “Əsrin müqaviləsi”nin imzalanması ilə başlayan əməkdaşlığın karbohidrogen resurslarının işlənməsi və qərb bazarlarına çıxarılması, qlobal enerji layihələrinin həyata keçirilməsində rolundan bəhs edilib. Elektrik enerjisi sektorunda aparılan islahatlar, bərpa olunan enerji mənbələrindən istifadə istiqamətində planlaşdırılan tədbirlər, eləcə də ölkənin qazlaşdırılması və elektrik enerjisi ilə təchizatı ilə bağlı məlumatlar qonağın diqqətinə çatdırılıb. Gürcüstan, Türkiyə kimi ölkələrdə həyata keçirilən layihələr, qoyulan sərmayələr, eləcə də Balkan ölkələrinin qazlaşdırılması çərçivəsində nəzərdə tutulan tədbirlər barədə də məlumat verən nazir Azərbaycanın enerji sahəsində təcrübəsini Afrika İttifaqı ölkələri ilə bölüşməyə hazır olduğunu bildirib.
Görüşdə, eyni zamanda, Afrikanın enerji tələbatının ödənilməsi üçün görülməli olan tədbirlər, xüsusilə də enerji resurslarına çıxış üçün regionda sülh, siyasi və iqtisadi sabitliyin təmin edilməsinin vacibliyi ilə bağlı fikir mübadiləsi aparılıb.



Monqolustanın energetika naziri Azərbaycanda səfərdədir
Azərbaycanın energetika naziri Vaşinqtonda bir sıra görüşlər keçirib
Energetika naziri Çexiyanın sənaye və ticarət naziri ilə görüşüb
Energetika Nazirliyində Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib
Pərviz Şahbazovla İndoneziyanın “Pertamina” şirkətinin nümayəndə heyəti arasında görüş keçirilib
Azərbaycan-Braziliya enerji əməkdaşlığı müzakirə edilib
Energetika naziri Avropa Enerji Cəmiyyətinin direktoru ilə görüşüb
Enerji sahəsində Azərbaycan-Almaniya əməkdaşlığı müzakirə edilib
Azərbaycanın energetika naziri ABŞ-ın enerji naziri ilə görüşüb
Energetika Nazirliyində növbəti görüş keçirilib
Energetika nazirliyində növbəti görüş keçirilib
Energetika naziri Pərviz Şahbazov Macarıstanın xarici işlər və ticarət nazirini qəbul edib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 