Azərbaycan özünümaliyyələşdirmə sistemi yaratmağa nail olub. Bu ölkə öz layihələrinin, o cümlədən infrastruktur sahəsində layihələrin maliyyələşdirilməsini özü təmin edir və bu mənada heç kimdən asılı deyil. ONN media Azərtac-a istinadən xəbər verir ki, Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov bu fikirləri “Moskva-Baku” portalına müsahibəsində söyləyib. O qeyd edib ki, bu gün Azərbaycanda faktiki olaraq urbanistik inqilab gedir, köhnə Bakının yerində açıq səma altında memarlıq muzeyinə bənzəyən yeni möhtəşəm şəhər formalaşır. Bakı müasir urbanistik dünyanın incisidir. “Azərbaycan multikulturalizm dəyərlərini inkişaf etdirən ölkə və müxtəlif məzhəblərə etiqad bəsləyən xalqların nümayəndələrinin dinc yanaşı yaşaması nümunəsi kimi məşhurdur. Dünyada multikulturalizmin böhran keçirdiyi şəraitdə Azərbaycan bu ideyanın, bu həyat modelinin drayverlərindən biri kimi, qlobal multikultural dünyanın formalaşmasına kömək edir” - S.Markov deyib. Onun fikrincə, Azərbaycan İslam ənənələri ilə Avropa dəyərlərinin qovuşmasının gözəl nümunəsidir. Ekspert deyib: “Bakı Humanitar Forumu artıq çoxdan bəri müxtəlif mədəniyyətlərin nümayəndələrinin qarşılıqlı fəaliyyət göstərdiyi bir məkana çevrilib. Bakının ev sahibliyi etdiyi beynəlxalq tədbirlər – idman tarixində ilk Avropa oyunları, habelə İslam Həmrəylik Oyunları sayəsində Azərbaycan sivilizasiyaların qovuşduğu məkan kimi tanındı. Azərbaycanda mütəmadi olaraq ən müxtəlif sahələrdə beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi turizmin və müvafiq infrastrukturun inkişafı üçün çox yaxşı stimuldur. Bakıda möhtəşəm Heydər Əliyev Aeroportu tikilib. Ən yüksək səviyyəli otellər şəbəkəsi çoxlu sayda qonaqları və turistləri qəbul etməyə imkan verir”.
Azərbaycan bununla məşhurdur - Markov



Ermənistanın Qarabağla bağlı ŞOK TƏLƏBİ ÜZƏ ÇIXDI
Ərdoğan Qarabağ müzakirəsi üçün Soçiyə gedir
20 Yanvar hadisələrinin əsas səbəbi nədir?
Razılaşma var, amma 7 rayon azad edilmir - Markov
Bakı Qarabağ üçün HƏRƏKƏTƏ KEÇDİ: Ermənistan üçün SON ŞANS...
İtaliyan nəşri Bakıdan yazdı: Ən heyrətamiz istiqamət...
Bakı-Tehran gərginliyi: Kreml hansı addım atır? - Markov
Zelenski Putinlə görüşə can atır, Putin isə... - Markov
Bu tarixdə artıq ruslar Qarabağdan gedəcək- Politoloq açıqladı
İlham Əliyev 100-dən çox ölkə nümayəndəsinə Qarabağdan danışdı
Dövlət müharibə xərclərini niyə artırır?
“BBC News” Bakıdan yazdı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 