Azərbaycana bu ilin yanvar-noyabr aylarında gələn xarici vətəndaşların sayı 11,1 faiz artıb.
ONN media bildirir ki, bunu Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə bildirib.Onun sözlərinə görə, yanvar-noyabr aylarında Azərbaycana gələn xarici vətəndaşların sayı 2 milyon 900 mini keçib:"Bu, ötən illə müqayisədə 11,1 faiz artım deməkdir. İlk beşlikdə ənənəvi olaraq, Rusiya, Gürcüstan, Türkiyə, İran və Səudiyyə Ərəbistanı vətəndaşlarıdır. Demək olar ki, bütün bazarlarda artım davam edir. Avropa, Mərkəzi-Cənubi Asiya istiqamətindən, Yaxın Şərq ölkələrindən gələn xarici vətəndaşların sayında azalma var. Amma ümumi mənzərədən müsbət tendensiya davam edir".K.Quluzadə bildirib ki, Yaxın Şərqin bəzi ölkələrindən gələn xarici vətəndaşların sayında azalmanın müşahidə edilməsinin bir neçə səbəbi var:"Birincisi, həmin ölkələrdən çıxışla bağlı problem var. Yəni Azərbaycanda qəbulla bağlı problem yoxdur. Yaxın Şərq qeyri-stabil regiondur. Məsələn, İraqdan gələnlərin sayı azalıb. Bu azalma bəzi ölkələrdə uçuşların azalması ilə bağlıdır. Ümumilikdə götürəndə həmin ölkələrdən gələn turistlərin tendensiyası belədir ki, onlar bir neçə il ərzində bir istiqamətə axışırlar. Son bazarlarını dəyişirlər. Biz bunu nəzərə alaraq bu il daha çox yeni bazarların açılmasına üstünlük vermişdik. Azərbaycana gələn xarici vətəndaşların sayı təkcə müəyyən bazarlara köklənməsin, coğrafiyası daha geniş olsun. Buna da nail olduq. Məsələn, Hindistan, Çin, Pakistan bazarı bizim üçün yeni bazardır".



Azərbaycan 3 milyonuncu qonağını gözləyir
Ötən ay Azərbaycana 185 mindən çox turist gəlib
Ötən ay Azərbaycana ən çox bu ölkələrdən qonaq gəlib
Azərbaycanda əcnəbilərin bank kartları ilə əməliyyatları neçə faiz artıb?
Azərbaycana Yaxın Şərq və İrandan gələnlərin sayı azalıb
Apreldə Azərbaycana gələn əcnəbilərin sayı 9 faiz artıb
Ərəblər Azərbaycandan "küsüb"- SƏBƏB?
Avropadan Azərbaycana gələn turistlərin sayı artıb: Səbəb nədir?
Ölkəmizə Çin və Yaponiyadan da turist axını artıb
Ölkəmizə gələn turistlərin sayı artıb
Bu il Azərbaycana 2,2 milyon əcnəbi gəlib
Ölkəmizə gələn turistlərin sayı nə qədər artıb?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 