Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən ONN media-ya verilən məlumata görə, katibliyin rəhbəri, nazirliyin şöbə müdiri Elnur Süleymanov “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nda nəzərdə tutulmuş tapşırıqların icra vəziyyəti, 2019-cu ilin 1-ci rübü üzrə qeyri-formal məşğulluq sahəsində görülmüş işlər və əldə edilmiş nailiyyətlər barədə məlumat verib.
O, ölkədə aparılan uğurlu islahatlar nəticəsində bu ilin ilk 3 ayı ərzində Əmək Müqaviləsi Bildirişi Elektron İnformasiya Sistemində əmək müqaviləsi ilə işləyənlərin sayının 65 min 821 nəfər artdığını, ümumilikdə 1 milyon 467 min 782 müqavilə təşkil etdiyini bildirib. Həmçinin bu ilin 1 aprel tarixinə Vergilər Nazirliyində qeydiyyatda olan aktiv fiziki şəxs fərdi sahibkarların sayı I rüb ərzində 10 min 568 nəfər artaraq 371 min 569 nəfər təşkil edib.
İclasda ölkədaxili miqrasiya üzrə statistik göstəricilərin hazırlanması, əmək resurslarının ölkədaxili miqrasiyasının monitorinqinin aparılması imkanlarının araşdırılması və təşkili ilə bağlı aidiyyəti qurumlarla birgə razılaşdırılmış təkliflərin hazırlanması müzakirə olunub.



Müqaviləsiz işləyənlərin sayı açıqlandı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni təyinatlar olub
Azərbaycanda nağd pul kütləsi azalıb - SƏBƏB?
Pensiyalar nə vaxt ödənəcək?
Azərbaycanda 30 min YENİ İŞ YERİ açılacaq
156 işəgötürən cəzalandırıldı
İşəgötürənlərə xəbərdarlıq edildi
Azərbaycanda maaşlar artırılacaq
İşçiyə az maaş verənlərin NƏZƏRİNƏ! – CƏRİMƏLƏNƏ BİLƏRSİNİZ!
Dövlət sektorunda çalışanların sayı azalır
Əmək müfəttişliyinin elektron nəzarət sistemi qurulur
Tikintidə 475 nəfər qanunsuz işlədilib
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 