ONN media Olaylar-a istinadla yazıçı-publisist, "OLAYLAR" qəzeti və eyniadlı İnformasiya Agentliyinin rəhbəri Yunus Oğuzla müsahibəni təqdim edir.
Yunus Oğuz: "Onlar hər yerdə deyirlər ki, torpaqları geri qaytarmaq üçün işğal etməmişik"
Azərbaycan dövləti hərbi əməliyyatlara start versəydi, erməni klanı ilə Qarabağ klanı indiki kimi toqquşmayacaqdı, əksinə birləşəcəkdi"
Əvvəli ötən sayımızda
Ermənistanda növbədənkənar parlament seçkiləri başa çatsa da, seçki qalmaqalı hələ də davam edir. İnqilabçı baş nazir Nikol Paşinyanın təlimatı əsasında seçkilərin saxtalaşdırılması və onun rəhbərlik etdiyi blokun seçkidən qalib ayrılmasının məhz seçkilərin saxtalaşdırılması nəticəsində mümkün olduğunu indi Ermənistanda da açıq-aydın səsləndirirlər. Paşinyanın qardaşı oğlu, həkimi, hətta bərbərinin belə parlamentə düşməsi inqilabçı Nikolun nə dərəcədə "demokrat" olduğunu bir daha ortaya qoyur. Bəs görəsən Ermənistanda baş tutan növbədənkənar parlament seçkilərindən sonra işğalçı ölkə hansı xətti tutacaq? Daha doğrusu Paşinyanın liderliyində Ermənistan Qərbə, yoxsa Rusiyaya doğru irəliləyəcək? Bu və digər məsələlər, eləcə də Ermənistanın bundan sonra hansı xətt yürüdəcəyi, hansı addımları atacağı ilə bağlı yazıçı-publisist, "OLAYLAR" qəzeti və eyniadlı İnformasiya Agentliyinin rəhbəri Yunus Oğuzla söhbətləşdik.
-Yunus bəy, qeyd edirsiniz ki, Nikol Paşinyanı qarşıda 3 əsas məsələni həll etmək kimi çətin sınaq gözləyir. Bu hansı məsələlərdir?
-Əgər Nikol Paşinyan Qarabağ məsələsini həll etməsə və buna maraqlı görünməsə Türkiyə və Azərbaycanla münasibətlər normallaşmayacaq. Bu iki ölkə ilə münasibətlərin normallaşmaması isə Ermənistanın iqtisadi vəziyyətini daha da ağırlaşdıracaq. Ermənistanın qış aylarından hansı durumla çıxacağı belə məlum deyil. Çünki bu ölkədə iqtisadi vəziyyət getdikcə ağırlaşır. Digər tərəfdən Rusiya ilə münasibətlərdə yaranan sərinlik şimal qonşumuzun İrəvana satdığı bəzi məhsulların qiymətində dəyişikliklərə gətirib çıxara bilər. Yanvar ayından məlum olacaq ki, Rusiya Ermənistana təbii qazı, buğdanı və digər ərzaq məhsullarını neçəyə satacaq. Ona görə də Paşinyanın qarşısında duran və həll etməli olduğu məsələlərdən biri də Rusiya ilə münasibətlərdir. Məlumdur ki, hələ bu günə qədər Putin onu heç təbrik də etməyib. Bu hansı proseslərin gələcəkdə baş verməsindən xəbər verir. Bu əslində Rusiyanın atacağı addımın anonsudur. Yəni Paşinyan bu 3 məsələni həll etməsə Ermənistanın özünün mövcudluğu kifayət qədər təhlükə altına düşəcək və inqilablar içərisində boğulacaq. Ona görə də faktiki olaraq Nikol Paşinyan qeyd etdiyim 3 məsələni həll etməsə onun hakimiyyətinin ömrü uzun olmayacaq.
-Yeri gəlmişkən Nikol Paşinyan bu günlərdə verdiyi müsahibədə qeyd edib ki, Türkiyə ilə münasibətləri normalllaşdırmağa hazırıq. Ancaq bir şərtlə ki, Ankara Dağlıq Qarabağ probleminin həllini şərt kimi qarşıya qoymasın.
-Ermənilərin hiyləgərliyi hər kəsə məlumdur. Türkiyə də təbii ki, buna getməyəcək. Ermənistanın 1989-cu il Konstitutsiyasında qeyd edilir ki, Türkiyənin 6 vilayəti Ermənistana birləşdirilməlidiir. Türkiyə də konkret olaraq Ermənistanın qarşısında şərt qoyub ki, Dağlıq Qarabağ problemi həll edilmədən Ermənistanla münasibətlərin normallaşdırılmasından söhbət gedə bilməz. Təbii ki. bu Türkiyə dövlətinin rəsmi mövqeyidir. Ancaq ola bilsin ki, qeyri-rəsmi səviyyədə İrəvandan İstanbula, yaxud Vana hansısa bir çarter reysi həyata keçirilir. Ancaq fakt ondan ibarətdir ki, dövlət səviyyəsində Ermənistanla münasibətlərin normallaşdırılması mümkün deyil. Əgər Ermənistan inkişaf etmək, iqtisadiyyatı gücləndirmək istəyirsə o zaman Qarabağ məsələsini həll etməli, eyni zamanda 3 dövlətlə, Azərbaycan, Türkiyə və Rusiya ilə münasibətləri normallaşdırmalıdır. Təbii ki, huna Qərb və Birləşmiş Ştatlar da çalışır. Amma Nikol Paşinyanın bu yolla gedib-getməıyəcəyini hələlik dəqiq deyə bilmərik. Ancaq o da birmənalıdır ki, Ermənistan vacib strateji xətlərdən kənarda qalıb. Əgər münasibətlər normallaşarsa bundan sonra Gürcüstan ərazisindən keçən qaz xəttinin bir qolunu Ermənistana çəkmək olar. Ancaq burada Rusiya amili də var. Yəni, Rusiya razı ola bilərmi ki, sözügedən qaz xəttinin bir qolu Ermənistandan keçsin. Çünki bu gün Ermənistanı təbii qazla Rusiya Federasiyası təmin edir. Konkret olaraq bu gün Ermənistan tənəzzülə doğru gedən və Rusiya ilə münasibətlərini tənzimləyə bilməyən başıpozuq bir qüvvəyə çevrilib və gələcəkdə də Ermənistanda yaxşı mənada heç nə gözlənilmir. Təsəvvür edin ki Nikol Paşinyan özünün bərbəri, həkimini belə deputat seçdirib. Faktiki olaraq parlamenti qohum-əqrəbası, yaxınlarından formalaşdırıb. Bu da o deməkdir ki, Paşinyan artıq diktaturaya yer qoyub. Hələlik bizə məlum olanlar bunlardır. Paşinyanın siyahısında daha kimlərin olduğu yəqin ki, yaxın vaxtlarda tam açıqlanacaq. Hələlik Paşinyanın həyat yoldaşının qohum-əqrəbalarının adları açıqlanmır. Hər kəs bilir ki. erməni arvadları həyat yoldaşlarına kifayət qədər təsir edə bilirlər və belə bir gücə malikdirlər.
-Faktiki situasiya ondan ibarətdir ki, Ermənistan hakimiyyətindən Qarabağ klanı uzaqlaşdırılıb. Bəs, Qarabağ klanı necə, yeni hakimiyyəti qəbul edəcəkmi?
-Əslində bundan sonra Qarabağ əhalisinin seçimi maraqlı olacaq. Yəni Qarabağ əhalisi İrəvan klanını qəbul edəcəkmi? Həmçinin erməni diasporunun Qarabağa hansı münasibətdə olması bilinəcək. Bu arada bir məqamı qeyd edim ki, Qarabağın separatçı lideri Bako Saakyanın Birləşmiş Ştatlara, Fransa və Rusiya Federasiyasına səfərləri də təsadüfi deyildi. Saakyan artıq sonunun gəldiyini bildiyi üçün həmin ölkələrə səfər edərək orada özünün yerini hazırlayır. Əslində o çıxıb gedəcək.Saakyanın səfər etdiyi ölkələrdə hansı görüşlər keçirib, müzakirələr apardığını da Paşinyana çatdırmışdılar və Paşinyanın mitinqlərin birində dediyi "gedin öz işinizlə məşğul olun" ifadəsi də əslində Saakyana ünvanlanmışdı. Mənim də məsləhətim odur ki, erməni əhalisi şələ-şüləsini götürüb Qarabağdan getsin. Əks təqdirdə iki döyüşən ordunun arasında qalan məhz həmin xalq olacaq. Onsuz da onların böyük bir qismi köçüb gedib. Qalanlar da çıxıb getsə yaxşı olar. Çünki Qarabağ və erməni klanının toqquşmasının zəririni də məhz xalq görəcək.
-Fikirlərinizdən belə anlaşılır ki, heç bir Ermənistan rəhbərliyi Dağlıq Qarabağ məsələsində güzəştə getməyəcək. Bu nəticə etibarilə Qarabağda hərbi əməliyyatların aktiv fazaya qədəm qoyması ilə nəticələnə bilərmi?
-Əslində hərbi əməliyyatlar çoxdan olmalı idi. Ancaq Azərbaycan hakimiyyəti müdrik bir siyasət həyata keçirir və Azərbaycan dövləti hərbi əməliyyatlara start versəydi, erməni klanı ilə Qarabağ klanı indiki kimi toqquşmayacaqdı, əksinə birləşəcəkdi. Bütün bunlara baxmayaraq biz güclənməli, hərbi gücümüzü daha da artırmalyıq. Çünki ermənilər heç bir halda işğal etdikləri torpaqları sülh yolu ilə qaytarmayacaqlar. Onlar hər yerdə deyirlər ki, torpaqları geri qaytarmaq üçün işğal etməmişik. Odur ki, gücümüzü daha da artırmalı, ordumuzun əli ilə işğal altında olan ərazilərimizi azad etməliyik.



Yunus Oğuz: “Qarabağın özündə Qarabağ klanını sıradan çıxarmaq istəyirlər”
Qarabağla bağlı bütün sirr AÇIQLANDI
"Olaylar" 25 yaşını qeyd edir
Paşinyandan Qarbağla bağlı ŞOK ADDIM
Ermənilərin qırılma nöqtəsi hardan başlayır- YUNUS OĞUZ
Yunus Oğuz prezidentliyə namizədliyini irəli sürdü
Rusiya Ağdam-Xankəndi yolu ilə Qarabağ ermənilərinin təchizatına nə üçün qarşı çıxır? - ÖZƏL
Qarabağda savaş başlaya bilər – Rusiyadan baxış
Paşinyanın hakimiyyətdən getməmək üçün YENİ PLANI NƏDİR?
Yunus Oğuz: “Bəzi Azərbaycan müxalifəti Paşinyana “nəfəslik” açmaq istəyir”
Hindistanın ölkəmizdəki səfiri “Olaylar” İnformasiya Agentliyini ziyarət etdi
Paşinyanın sonunu gətirən addım bu oldu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 