Yeni dövriyyəyə buraxılan 10 və 200 manatlıq əsginaslar elektron ödəmə terminalları tərəfindən qəbul edilmir. Bu da müvafiq kredit borcu və ya digər ödənişlərini həyata keçirmək istəyən vətəndaşların vəziyyətini çətinləşdirib.
Kommunikasiya texnologiyaları bazarındakı mənbələrdən əldə etdiyimiz məlumata görə, bu problemin yaranma səbəbi ödəmə terminallarının aparatlarında yeni əsginasların parametrlərinin qeyd edilməməsidir:

“Terminallar pulu parametrlər əsasında tanıyır. Lakin yeni dövriyyəyə buraxılan manatların parametrlərinə uyğun proqramlar hazır olmadığına görə sistem onları tanımır. Sistem onların pul və ya adi kağız olmasını, eləcə də məbləği fərqləndirə bilmir. Bu səbəbdən elektron ödəmə aparatları özləri proqram təminatlarını yeniləməli, parametrləri qeyd etməlidirlər”.
ONN media xəbər verir ki, Mərkəzi Bankdan Publika.az-a bildirilib ki, mövcud problem yeni pul nişanlarının müdafiə qabiliyyətinin artırılmasından qaynaqlanır:
“Yeni müdafiə elementlərini bankomatlarda olan köhnə proqramlar oxuya bilmir. Adətən, bankomatların yeni pulları oxuması müəyyən müddət davam edir, bəzən 8-10 ay ərzində adaptasiya prosesi gedir”.
Mərkəz Bankdan bildirilib ki, may ayının sonuna qədər bankomatlarda yeni pul nişanlarına adaptasiya prosesi bitəcək.



Aparatlar yeni 10manatı nəvaxt qəbul edəcək?
"Facebook"da yeni ödəmə sistemi
“MilliÖn” yeni pulları niyə “tanımır”? - AÇIQLAMA
Sürücülərin və piyadaların DİQQƏTİNƏ
Bu şəxslərə 190 manat verilməsindən imtina edildi
20 min şəxsə birdəfəlik ödəmə verilməsindən imtina edilib - NİYƏ?
Ödənişli yolda ödəmə məntəqələri və qiymət cədvəli
ASAN Xidmətdən DAHA BİR YENİLİK
Daha 19,6 min şəxsə 190 manat verilmədi — RƏSMİ
“BakıKart”lara pul yüklənmir – Problem “MilliÖn”dədir?
Azərbaycan manatının dövriyyəyə buraxılmasından 28 il ötür
Ölkəmizdə yeni ödəniş sistemi işə salınır
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 