İddialara görə, camış qatığı adı ilə satılan məhsullar quru süd, nişasta və müxtəlif qatqılardan hazırlanır. Amma paytaxt bazarlarında, məhəllə marketlərində, yol kənarlarında, hətta maşınlarla məhəllələrə qədər aparılıb satılan belə məhsulların məhz rayonlardan, kəndlərdən gətirildiyi deyilir.
Məsələ ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında geniş süjet yayımlanıb.
Satıcı: “Qatığı bizim üçün gətirirlər, satanlardan, hardan alacam. Bilmirəm hardan gətirirlər”.
Samir Eyyubov – ASA-nın sədri: “Ölkədə o qədər camış yoxdur ki, göstərilən sayda camış qatığı və yaxud camış südü təklif olunsun bazara. Burda istənilən məhsulu quru süddən və müvafiq kimyəvi elementlərdən əlavə edilməsi ilə hazırlamaq olar. Hazırda da dünyada bundan çox aktiv istifadə edilir, həmçinin də Azərbaycanda”.
Eyyub Hüseynov – AİB sədri: “Camış qatığı, eləcə də adi inək qatıqları quru süddən, Bakının ətrafında o selofan torba yeyən inəklərin südündən hazırlanır və s. Bu cür qatıqlar təhlükəlidir. Nə desən onun içində, kraxmal, düyü unu, və s. o cümlədən salfetkanın da olması istisna olunmur”.
Üzərində istehsal tarixi, saxlanma müddəti, sağlamlığa yararlı olub-olmaması ilə bağlı hər hansı qeyd olmadığından istehlakçılar satıcının şifahi təminatı ilə kifayətlənməli olurlar.
Satıcılarla söhbət:
Üzərində bir yazı yoxdur, kağız yoxdur. Bəs mən hardan bilim haranındır?
– Bazar odur ki, danışıq yolu ilə olan şeydir. Market deyil ki, müştərilər gəlib qiymətə baxıb çıxır gedir. Belə satanda 5 qəpik aşağı – yuxarı edib alver etmək olur.
Camış qatığını hardan alırsız?
– Beyləqan rayonunun kəndlərindən gətirilir.
Qida Təhlükəsizliyi Agentliyi isə vətəndaşlara mənşəyi məlum olmayan və antisanitar şəraitdə hazırlanan qida məhsullarını almamağı tövsiyə edir.
Əkbər Əliyev – AQTA-nın şöbə müdiri: “Süd məhsulları xüsusi risk qrupuna daxil olan məhsullardır. İnsanlar bunu alarkən diqqətli olmalıdır. Çünki süddən bir çox xəstəliklər insanlara keçə bilər. Biz bilmirik həmin süd hansı təsərrüfatdan alınıb, həmin inək sonuncu dəfə hansı xəstəliklər keçirib. Ona hansı dərmanlar tətbiq olunub. Hansı preparatlar tətbiq olunub”.
Vətəndaşların satış müəssisələrində satılan süd və süd məhsulları ilə bağlı şübhələri olarsa, bu barədə Agentliyin 1003 çağrı mərkəzinə məlumat verə bilərlər.



Dadlı qatığı evdə necə hazırlayaq?
Qauda ilə mozarella pendirinin fərqi nədir?
Dovğa resepti
Saçları gücləndirən və gözəlləşdirən MASKA
Saçları gücləndirən və gözəlləşdirən MASKA
Evdə qatıq çalmağın ASAN ÜSULU
Satıcılar niyə maska və əlcəklərdən istifadə etmir? - VİDEO
Bu çayın xəstəliklərə inanılmaz təsiri
Təcili tibbi yardım maşını AĞIR QƏZAYA düşdü: Yaralılar var
Soğanla sarımsağı birgə yeməyin, dolmaya qatıq vurmayın - DİQQƏT
Hindistan mətbəxindən – Jalebi resepti
Atılan maskalar yenidən istifadə olunur?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 