Azərbaycanda xarici vətəndaşların qanunsuz ov etməsi mövzusu tez-tez cəmiyyətimizdə geniş mənfi rezonansa səbəb olur. Buna baxmayaraq, Azərbaycanda ovçuluqda qanunların pozulmasını açıq şəkildə təşviq edən “Azerbaijan Professional Falconry Organizer” adlı quruma məxsus http://www.falconry.az/ internet saytı mövcuddur.
Dayanıqlı Azərbaycan Naminə Milli Alyansın (DANMA) Feysbuk səhifəsində bununla bağlı məlumat paylaşılıb.
Məlumatda bildirilir:
“İngilis və ərəb dillərində olan saytın ana səhifəsində qurumun əsasən şahin ovunun təşkil etdiyi və əsasən ərəb ölkələrindən olan şəxslərə Azərbaycanda ov turizmi imkanlarını təklif etdiyi bildirilir.
Bu saytda Azərbaycanın Qırmızı Kitabına daxil olan bəzgəkin (ingiliscə “little bustard”) ovlanması açıq şəkildə təklif edilir və hətta utanmadan həmin quşun fotoları da paylaşılır.
Bununla yanaşı, qurumun adına rəğmən, şahin ovu ilə yanaşı xarici qonaqlara digər ov növlərinin təşkil edilməsi təklif edilir. Bu isə bir daha təsdiq edir ki, ölkəmizə gələn xarici ovçuların hamısı şahinlərlə ov üçün lisenziya alır, amma gəlib burada pul verib, odlu silah götürüb sərbəst şəkildə istədikləri növləri ovlayırlar.
Saytda yer alan fotolara ornitoloq və digər peşəkar həmkarlarımız da nəzər saldı. Bəzgəklə yanaşı saytda yer alan şəkillərdə saysız-hesabsız bizquyruq ördəyi, anqut, Fitçi ördəyi, enlidimdik, Marek ördəyi, yaşılbaş, qaşqaldaq, boz qaz və kəklik görmək olar ki, bunlar Qırmızı Kitaba daxil olmasa da, ovlanmış quşların sayının icazə verilən ov limitindən olduqca çox olması şübhə doğurmur.
Məsələ artıq ölkəyə gələn turistləri cərimələməkdə deyil, buna şərait yaradan yerli şirkətlərə qarşı qanun çərçivəsində tədbirlər görülməlidir.
Təbiətsevər olaraq, Azərbaycanda sistemli şəkildə bu işlə məşğul olan qurumlara nəzarətin gücləndirilməsini, Azərbaycanın biomüxtəlifliyinə qarşı qətliam törədilməsini təşviq edən şirkətə qarşı tədbirlərin görülməsini və qorunan quş növünün ovlanmasını aşkar şəkildə təklif edən falconry.az saytının bağlanmasını tələb edirik”.



Azərbaycanda ov edən qətərli şahzadələr Pakistanda tutuldu
DİQQƏT: Azərbaycanda bu cərimələr artırılır
Nazirlər Kabinetinin saytında yeniliklər edildi
Azərbaycanda şəxsiyyət vəsiqəsi ilə bağlı YENİLİK
DİN və Baş Prokurorluqdan Milli Şuraya MİTİNQ XƏBƏDARLIĞI
Azərbaycanda bu heyvanların ovlanmasına görə CƏRİMƏLƏR ARTIRILIR
BMT-nin Azərbaycandakı nümayəndəliyinin yeni vebsaytı istifadəyə verilib
Ölkədə YENİ QADAĞA
Azərbaycan dili ilə bağlı MÜHÜM YENİLİK
Nazirlər Kabinetinin saytında DƏYİŞİKLİK
Azərbaycan hökuməti Misirə başsağlığı verdi
Azərbaycanda qanunsuz ov edən ərəblər cəzalandırıldı
Pakistanda şiddətli yağışlar- Ölənlər var
Peşə Təhsil müəssisələrinə qəbul başladı
Diqqət- Bu ərazilərdə işıq olmayacaq
Neftin son qiyməti açıqlandı
Ağdamda meşə yanğını baş verib
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi 