Bakıda yol polislərinin “dayan” əmrinə tabe olmayaraq digər avtomobillərə zərər vuran Kamran Cəbrayılzadə ilə bağlı qərar verilib.
“Volkswagen Passat” markalı maşının sahibi K.Cəbrayılzadə barəsində istintaq yekunlaşaraq işə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin hökmü ilə K.Cəbrayılzadə 2 il müddətə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan sürücü apellyasiya şikayəti verib.
Qeyd edək ki, hadisə ötən ilin sentyabrında baş verib. K.Cəbrayılzadə polisdən qaçmaq istəyərkən süni sıxlıq yaradıldığını görüb, maşını digər avtomobillərə çırpıb. Bu zaman 10-a yaxın avtomobilə maddi ziyan dəyib. Avtoxuliqanlıq edən şəxs vətəndaşların köməkliyi ilə saxlanılıb.
K.Cəbrayılzadə hadisəni narkotik vasitənin təsiri altında törətdiyini bildirib.



Bakıda ŞOK: Sürücü polisdən qaçmaq üçün 10 maşını əzdi və...- VİDEO
Bakını qarışdıran Kamran Cəbrayılzadə həbs edildi
Polisin “saxla” əmrinə tabe olmadı: HƏBS EDİLDİ
Yük maşını ilə "avtoşluq" edən şəxs HƏBS EDİLDİ
Bakıda süpürgəçini vuraraq öldürən sürücü ilə bağlı qərar verildi
Narkotikin təsiri altında olan sürücü və sərnişini tutuldu
Bakıda yol polisi sürücüyə atəş açdı
Mədəniyyət nazirinin sabiq müavini kassasiya şikayəti verib
Narkotik çəkib maşın sürən şəxs saxlanıldı
Azərbaycanda məşhur restoranın sahibi HƏBS EDİLDİ
Tanınmış prodüserdən YENİ XƏBƏR
Bəraət almaq istəyən general oğlu ilə bağlı yekun QƏRAR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 