Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səyləri ikiqat və ya üçqat artırmaq lazımdır.
ONN media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov "TRT World" telekanalına müsahibəsi zamanı bildirib.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttindəki vəziyyət qeyri-qənaətbəxşdir. Xarici işlər naziri əlavə edib ki, Ermənistan atəşkəs rejimini tez-tez pozur: "Biz buna sporadik atəşə tutma deyirik. Bu sporadik atəşə tutmalar daha ciddi toqquşmalara gətirib çıxara bilər. Qoşunların təmas xəttində səngərlər bir-birinə çox yaxındır. Bəzən səngərlər arasında məsafə 100 metrdən az təşkil edir. Əlbəttə, bu, böyük təhlükə yaradır. Mən düşünmürəm ki, diplomatiyanın imkanları tükənib. Lakin biz səylərimizi ikiqat və ya üçqat artırmalıyıq".
Nazir qeyd edib ki, münaqişənin həlli üçün, ilk növbədə, Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır: "Biz [tərəflər] Ermənistan və Azərbaycanda seçki proseslərinin başa çatmasından sonra danışıqları ciddi fəallaşdırmaq barədə razılığa gəlmişik. Sonunda biz nəticəyə nail olacağıq. Biz gözləyirik ki, ədalətli qərar qəbul ediləcək. Çünki beynəlxalq hüquq Azərbaycanın tərəfindədir".



Elmar Məmmədyarov: "Ermənistan qoşunları Azərbaycan ərazilərindən çıxarılmalıdır"
Elmar Məmmədyarov: "Danışıqlar əbədi davam edə bilməz"
"Münaqişənin həlli Ermənistanda iqtisadi artım üçün imkanlar açacaq" - Nazir
Xarici İşlər Naziri ATƏT-in Baş katibi ilə görüşüb
Elmar Məmmədyarov həmsədrlərlə görüşdü
Elmar Məmmədyarov: "BMT Təhlükəsizlik Şurasının qətnamələrinin vaxtı keçmir və icrası mütləqdir"
Məmmədyarov Lavrovla Dağlıq Qarabağdan DANIŞDI
Elmar Məmmədyarov Baş Beynəlxalq Böhran Qrupunun prezidenti Robert Maley ilə görüşüb
Məmmədyarov İsveçin Xarici işlər naziri ilə görüşüb
Ermənistan münaqişənin həllini istəyirsə... - Nazir
XİN Qarabağ danışıqları barədə məlumat yaydı
XİN -dən Qarabağla bağlı Mnatsakanyanın sərt etirazına REAKSİYA
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 